Bu mövsüm dodaqlar çəhrayıya bürünəcək

Müəllif: ALESSANDRA
Şərhlər: 1
Baxılıb: 451
Paylaş:
Səs ver:
(səs: 0)
Beynəlxalq dərəcəli kosmetika brendi "L'Oréal Paris”in dizayneri Eva Yen yaz mövsümündə çəhrayı dodaq boyalarının dəbə minəcəyini bildirib.
                         
Niyə çəhrayı rəng indi trenddir?
 
Çəhrayı  müsbət enerji ötürən çox yumşaq rəngdir. Mövsüm dəyişikliyində, xüsusilə, baharın gəlişi ilə insanlar özlərini xoşbəxtlik saçan rəng çalarları ilə əhatə etməyə çalışır. Çəhrayı isə bu işin öhdəsindən  mükəmməl şəkildə gəlir. Bundan əlavə, çəhrayı çox yüngül, dəbdəbəli və füsunkar rəngdir. Bu il çəhrayı rəng həm interyerdə, həm dəb dünyasında, həm də kosmetika sahəsində liderlik edir.
 
yaz mövsümündə çəhrayı dodaq boyaları dəbə minəcək.
 
Dəri tonuna uyğun çəhrayı pomadanı necə seçməli?
İlk növbədə dəri çalarını müəyyən etmək lazımdır. Eva Yenin sözlərinə görə,  təəssüf ki, bütün dəri tonları ilə uzlaşan universal çəhrayı pomada yoxdur: "Əgər dəri tonunuz "soyuq" növə  aiddirsə,  (gec qaralan çilli dəriyə, açıq saç və göz rənginə sahibsinizsə) siz moruq çalarlarını seçməlisiniz”.
 
Əksinə, dəriniz "isti" tipə aiddirsə, (tez qaralır, qarabuğdayı dəriyə və tünd göz rənginə sahibsinizsə) Eva Yen dərinizlə ahəng ziddiyyət təşkil edən cəlbedici çəhrayı dodaq boyasından istifadə etməyi məsləhət görür. Bu rəng tünd dərili xanımların dodaqlarını vurğulayıb parlaq obraz yaratmağa kömək edəcək.
 
Çəhrayı dodaq boyası ilə hansı göz kölgələri uyğun gəlir?
Eva Yen bildirir ki, bu, sizin necə obraz istədiyinizdən asılıdır: "Parlaq, yaddaqalan və cəsarətli obraz yaratmaq istəyirsinizsə, çəhrayı dodaq boyası ilə ziddiyyət təşkil edən göz kölgələri - yaşıl və firuzəyi rəngdən istifadə edə bilərsiniz. Yasəmən çalarlarında göz kölgələrindən də yararlana bilərsiniz. Gündəlik makiyajda çəhrayı pomadanı daha sakit və təbii çalarlar müşayiət etməlidir. Onda dodaqlar üzü vurğulayan əsas detal olacaq”.
 
Çəhrayı dodaq boyası ilə makiyajın yaxşı alınması üçün nə etməli?
Dizaynerin fikrincə, layner və qalın  kirpiklər çəhrayı pomadanın ən yaxşı tamamlayıcısıdır. Obrazın daha təsirli alınması üçün dəbdəbəli çəhrayı manikür etməyi yaddan çıxarmayın.
 
Çəhrayı pomada seçərkən qadınlar hansı səhvlərə yol verir?
Qadınların çoxu dəri tonundan açıq çəhrayı dodaq boyası seçir. Bu isə ən böyük makiyaj xətalarından biridir.  Bu, qadına yorğun və yuxulu görünüş verir.

loading...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 451
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
pamadan isdifade etmirem
10 may 2016 23:03
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv