Parlaq
dodaq boyası ən gözəl akssesuardır. Əsas odur ki, o düzgün istifadə
edilsin. Amma təəssüf ki, əksəriyyət xanımlar parlaq rəngli dodaq
boyalarından istifadə edərkən səhvlərə yol verirlər. Bir daha səhv
etməməyiniz üçün sizə dodaqları boyayarkən edilən 5 səhv haqqında ipucu
veririk.
1. Yetərsiz nəm
İndiki
dövrdə dodaq boyalarının çoxunun tərkibində nəmləndirici var, bəziləri
isə tamamilə nəmləndirməyə xidmət edən balzam rolunu oynayır. Amma bəzən
bu nəm bazaları kömək etmir. Xüsusilə də, soyuq havalar və ya ofisdəki
kondisioner sizin dodaqlarınızı daha da çox qurudur. Buna görə də, sizə
mütəxəssisdən kiçik ipucu veririk: dodağınıza balzamı qalın qat tətbiq
edib 2 dəqiqə gözləyin. Sonra salfet ilə dodağınızı yavaşca silin və
boyanı çəkin.
2. Pilinqdən zədələnmə
Zədələnmiş
dodaqlarda heç bir dodaq boyası dəqiqliklə qala bilməz. Xüsusilə də,
mat dodaq boyaları. Buna görə də, hər axşam dodaqlarınızı yumşaq diş
fırçası və xüsusi dodaq pilinqi vasitəsilə (balla şəkər də ola bilər)
yavaşca, düzgün formada masaj edin. Dodaq dərisi yumşaq olduğundan asta
hərəkətlər edin və sonra balzam, maska çəkin.
3. Yanlış rəngdə seçilmiş dodaq qələmi
Dodaq qələmi seçərkən iki nüansa diqqət etməlisiniz:
1.
Rəngsiz və ya nude çalarlarda dodaq qələmləri dodağın kənarlarına
çəkilir və dodağı vizual olaraq daha dolğun göstərmək üçündür.
2. Eyni çalarda dodaq boyası – dodağınızı boyarkən səhv etməmək üçün eyni çalarda boya və qələm seçsəniz karlı çıxarsınız.
4. Baz istifadə etməmək
Bir
çox xanımlar dolğun dodaqlar əldə etmək üçün bazı qat-qat çəkirlər.
Bəzilər isə ümumiyyətlə istifadə etmirlər. Amma dodaq bazı saçların
dodaq boyasına yapışmasının, qırmızı dodaq boyası çəkdikdə dişlərin
ləkəli olması kimi bir çox xoşagəlməz hallardan sizi sığortalayır. Bazı
dodağa tətbiq edin, sonra boyanı çəkin, salfetlə bir az silin, yenidən
boyanı çəkin və sanki salfeti öpürmüş kimi edin. Bu üsulla dodaq boyanız
uzun müddət dodağınızda qalacaq. Daha bir fincan çayda silinməyəcək.
5. Dodaq boyasını tətbiq etmə texnikası
Fərqi
yoxdur dodaq boyasını nə ilə çəkirsiniz – fırça, barmağınız və elə
sadəcə birbaşa tətbiq edirsiniz – heç bir fərq etməz. Sadəcə bilin ki,
boyanı dodağınıza mərkəzdən tətbiq etməyə başlayın, sonra kənarlara
doğru gedin. Belə etdikdə siz boyanı dəqiqliklə tətbiq edəcəksiniz
və heç bir səhv sizin gözəlliyinizə mane olmayacaq.