Əvvəlcə, başlayaq, normal dəridən: Makiyajı sabunla təmizlək olar.
Sabunla üzü yuduqda dərinizin təbii örtüyü bir neçə saatlığa pozulur,
amma normal dəri üçün bu, təhlükəli deyil...
Yağlı dəri üçün məsləhət görülən budur ki, köpüklənən vasitələrdən
istifadə edəsiniz: gel, krem, losyon... Bu növ dərini təmizləyərkən
sindetdən - sintetik sabundan istifadə etmək də düzgün sayılır.
Quru dəri üçün təmizləyici süddən (moloçko) düzgün qiymətləndirilir. Bu
vasitə dərini qıcıqlandırmır, həm də tərkibinə xüsusi yağlar daxildir.
Kalendula, avokado, lanolin bitkilərindən hazırlanmış yağlar dərinizin
qurumasının qarşısını alacaq.
Həddindən artıq quru və qabıq verən dərilər üçün xüsusi plastik və şüşə
qablarda satılan təmizləyici yağlardan istifadə etmək olar.
Gözdəki makiyajı təmizləmək üçün yumşaq, ətirsiz vasitələr məsləhət
görülür. Tərkibində zülal olan vasitələr daha yaxşı nəticə verər -
kirpikləriniz möhkəmlənəcək
Suyadavamlı kosmetikanı təmizləmək üçün gel şəklində olan xüsusi
vasitələr var, əvvəlcə pambıq tamponu su ilə isladıb, daha sonra üstünə
gel vururuq. Bu növ kosmetika üçün eyni markalı təmizləyici gel almaq
məsləhət görülür.