Sizi xilas edəcək 10 mükəmməl makiyaj tövsiyəsi

Şərhlər: 7
Baxılıb: 2 132
Səs ver:
(səs: 3)
Makiyaj çəkmək üçün bir xeyli zaman və enerji itiririk. Nəticə isə heç də hər zaman ürəyimizcə olmur. Lakin bəzi sirlər var ki, siz onları bildikdən sonra daha gözəl makiyaj etməyə nail olacaqsınız.

1. Karandaşın üzərindən linerlə bir daha gedin
Əgər siz maye vasitələrlə gözünüzün üzərinə ideal xətlər çəkə bilmirsinizsə, bunu karandaşın üzərindən gedərək edə bilərsiniz. Maye vasitələr karandaşın üzərinə təmiz dəri üzərində olduğu qədər yaxşı oturur.

2. Kirşan (pudra) vasitəsilə kirpiklərinizə həcm qatın.
Bu sadə fənd sizə kirpiklərinizin həcmini birə-beş artırmaqda kömək edəcəkdir. Kirpiklərinizə tuş çəkməmişdən öncə, onları yaxşıca kirşanlayın və daha sonra tuşdan istifadə edin.  Kirpikləri səliqəsiz göstərən kiçik topalar yaranmır, sadəcə kipriklərin həcmi çoxalır.

3. Əgər maye göz vasitəniz yoxdursa, əvəzində tuşdan istifadə edin.
Gözlər üçün tuşu həm də maye vasitə kimi istifadə edə bilərsiniz. Göz karandaşının üzərindən və ya sadəcə olaraq dərinizə tuşu çəkə bilərsiniz. Lakin tuşun fırçası çox nazik olmalıdır.

4. Pişik baxışı üçün layneri düzgün çəkin.

5. Dişlərinizi təmizlədikdən sonra, dodaqlarınıza keçin.
Dodaqlarınızı həfifcə quru diş fırçasıyla fırçalayın. Bu proses təkcə dodaqlarınızdakı ölü hüceyrələri aradan qaldırmır, həm də onları daha yumşaq və hamar edir. Həmçinin də bu dodaqlarınızda qan dövranını daha da sürətləndirəcək və nəticədə dodaqlarınız daha həcmli görünəcək.
 
6. İsti su ilə tuşunuzu təravətləndirin
Tuşun içinə bir neçə damcı qaynar su əlavə edin, bağlayın və yaxşıca silkələyin.

7. Ənlik əvəzinə dodaq parıltısından istifadə edin
Dodaq parıltısını bütün üzə çəkmək əlbəttə lazım deyil. Almacıq sümüklərinizə bir damcı əlavə edin və barmaqlarınızla üzünüzə hopdurun. Bu simanıza sağlam və gözəl görüntü verəcək.

8. Ağappaq dişlər üçün diş ağartma tozundan istifadə edin
Həftədə bir neçə dəfə diş tozundan istifadə edin. Çox ucuz olan bu vasitənin mükəmməl nəticələri olur. Lakin, ilk əvvəl öz diş həkiminizlə məsləhətləşin. Ola bilər ki, sizin dişləriniz buna uyğun deyil.

9. Kosmetik süngərlərdən üz skrabı kimi istifadə edin.
Üzünüzü təmizlədikdə, kosmetik süngərlərdən istifadə edin. Ən yaxşıları yapon süngərləri hesab edilir. Onlayn sifariş edərək, bu vasitələri əldə edə bilərsiniz. Azərbaycana çatdırılması olan alış-veriş saytları üçün bu yazını oxuya bilərsiniz.

10. Tuşu vertikal çəkməyə çalışın.
Tuşu gözlərinizə çəkərkən, həm üst, həm də alt göz qapaqlarında onu virtual tutaraq çəkməyə də çalışın. Nə qədər sadə görünsə də, bu ən yaxşı tövsiyələrdən biridir. Tuş fırçasının sadəcə ucuyla kirpiklərə toxunmaq, onlara daha təbii görünüş bəxş edəcəkdir.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri