Tətildən sonra makiyaj necə olmalıdır?

Müəllif: Narın Yağış
Şərhlər: 5
Baxılıb: 2 022
Səs ver:
(səs: 0)
Tətildən sonra makiyaj necə olmalıdır?
Fikir vermisiniz ki, dərini “Qızıl Şərq Günəşi bəzədikdən” sonra adi pomada, dodaq parıldadıcısı, göz kölgəsi və sürmə üzdə tamamilə fərqli görsənir.

Bəs bu cür bronzlaşmış dodağa, gözə və ümimüyyətlə dəriyə necə və hansı makiyaj ləvazimatlardan istifadə etmək lazımdır ?

Makiyaj eksperti Jorj Forgani bildirib ki, tətil sonrası olan makiyaj xanımların isti yay günlərində vərdiş və istifadə etdiyi yüngül makiyajdan daha fərqli, əsasən də daha ağır olmalıdır. “Lakin bu demək deyil ki, tətildən gələn xanımlar maska effektli makiyaj ləvazımatlara söykənməlidirlər, əksinə onlar parlaq rənglərə – rəngli kölgələrə, göz laynerlərə və pomadalara üstünlük verməlidirlər”.

Dodaqları necə vurğulamaq lazımdır?
“Pomada çalarların seçimi çox vaxt xamın geyim tərzindən də asılı olur” – Jorj Forgani.
“ Dodaqlara gəldikdə ekspert bildirir ki, bu mövzuda xanımlar azaddırlar və istədikləri rəng və parıldıcıdan istifadə edə bilərlər. Əgər istəyirsiniz ki, görünüşünüz zərif və fərqli günə uyğun olsun, onda əsasən şərab və giləmeyvə tonlarında olan pomadalara üstünlük verin. Həmçinin, bej və mat tonlara olan pomadalar və parıldıcılara da nəzər salmaq xanımlar üçün xeyirli olar.

Gözlər üçün necə çalarlar seçmək lazımdır?
Amma bir məqam var ki, o da dəyişilməz qalır. Bronzlaşmış üzdə göz makiyajını kirpiklərin qalınlığı ilə vurğulamaq lazımdır. Buna görə də, xanımlara qoyulma kirpik effekti yaradan tuşlardan istifadə etməyə tövsiyyə edirəm. Göz kölgəsi və ya sürmədən istifadə edilirsə, bu zaman istifadə olunan rənglər xanımın gözlərin rəngini vurğulamalıdır. Yaşıl rəngli gözlər üçün bənövşəyi və ya açıq yaşıl, mavi rəngli gözlər üçün isə göy və ya açıq mavi tonlar daha vurğulayıcı və uyğun olar. “ Xanımlar hər zaman onu da yadda saxlasınlar ki, onlar rəngli kölgələrdən sadəcə göz makiyajını vurğulamaq üçün istifadə etməlidirlər” – ekspert bildirir.

Bronz effektinə necə nail olmaq olar?
Əgər siz hələ də tətildə olmamısınız, amma bronzlaşmış dəri arzulayırsınızsa, bunu makiyaj ləvazimatlar ilə də yaratmaq olar və hətta rəfiqələriniz də sizi bir həftə qaynar qumlar arasında və yay günəşi altında dincəlmiş kimi biləcəklər. Bronz effektini yaratmaq üçün təkcə bronzlaşdırıcıdan istifadə etmək lazım deyil. Tətildən qayıdandan sonra və ya ümumilikdə tətilə getməyiniz də amma bronz effektini yaratmaq məqsədli xanımlar istifadə etdikləri tonal kremin bir ton daha bronz rəngindən istifadə etməlidirlər. Kremi qalın fırça ilə eyni dərəcədə üzə və əsasən də üzün dərin cizgilərinə vurub, sonra da üzərinə bronzlaşdıcını vurmaq məsləhətdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri