Makiyaj etməyin pik nöqtələri

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 247
Səs ver:
(səs: 1)
Smoky göz makiyajı necə edilər?
Smoky makiyaj, göz ətrafına qələm çəkib, üzərindən fırça ilə keçib paylanaraq buğlu efektin verilməsidir gözə. Qara, tünd göy, qəhvə rəngi kimi rənglər fırçayla dağıdılaraq gözdə tünd və buğlu təsir yaradılar. Vacib olan iti olmamasıdır. Göz ətrafı diqqətə çarpandır, göz qapağı isə yuxarıya doğru silikleşir. Tündlük yalnız göz ətrafında qalar.

Məsamələri kiçik və az göstərməyin yolu nədir?
Məsamələri kiçik göstərməyin ən əhəmiyyətli yolu mat bağlayıcı istifadə etməkdir. Qətiliklə içində parlaqlıq, işıltı olmayan bir bağlayıcı seçilməlidir. İşıltılı, sədəfli ənliklər məsamələri daha böyük hala gətirər. Tonal krem və pudra seçimində də yenə mat olanlar seçilməlidir.

Dodaqlar necə daha dolğun görünər?
Mütləq pomadala eyni ya da çox bənzər ton olan bir istifadə etmək lazımdır. Dodaq qələmi pomadayla uyğunlaşdırılaraq, təbii halı pozulmadan, bir az dodaq xəttinin xaricinə daşaraq tətbiq olunar. Dodağı daha dolğun göstərmək üçün glosslar köməkçi olur. Bunlar dodağı parlaq və daha dolğun göstərər. Səbəbi də dodağı dəqiq göstərməməsidir, mat pomada dəqiqdir, dodağın xəttləri müəyyəndir. Glossta isə parlaqlıq bir qabarıqlıq efekti verər. Bəzi yerlərin tünd bəzi yerlərin açıq görünməsi, dolğun havası yaradar.

Gözlər necə daha böyük göstərilər?

Gözləri böyütməyin ən sadə yolu gözün içinə deyil, xaricinə qələm çəkmək və göz ətrafına alt kirpiklərin xaricindən etibarən fara çəkməkdir. Göz içinə də açıq rəng dəri rəngi kimi qələm çəkilə bilər. Mən ağdan çox sədəfli və açıq rəng olanları təklif edirəm, daha təbii dayanır. Üstünə çəkəcəyiniz eyelinerı çox qalın çəkməmək lazımdır, qalın eyeliner gözləri qısa bilir. Kirpik taxma üsulu da gözləri böyüdər, aşağılığını qaldırar. Göz qapağında çox qaranlıq tonları deyil fərah tonları, kölgə qisimində tündlükləri seçməmiz lazımdır.

Yumru bir üzdə almacıq sümüklərini necə vurğularıq?
Yumru bir üzə sahibsinizsə xətti ortaya çıxarmaq üçün almacıq sümüklərinin alt qisiminə yüngül tünd bir rəng bağlayıcı çəkilməli, tünd göründüyü üçün üz incəlir, almacıq sümükləri önə çıxar.

Pomadanın qalıcılığını necə artıra bilərik?
Tünd rəng pomada açığa görə daha qalıcıdır. Glosslar isə çox qalıcı ola bilmir. Dodaq altına çəkilən mühafizəkar əsaslar var, bu əsas tətbiq olunub, üzərinə pomada çəkdikdən sonra üzərindən, ponponunu istifadə edərək, transparan pudra keçə bilərik. Mən özümdə dodaq kontur qələmini dodağımın üstünə tətbiq edirəm. Eyni tonda gloss ya da pomada da keçilə bilər üstündən, üstdəki silinsə belə altdakı qalır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri