Sizin makiyajınız hansıdır?

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 256
Səs ver:
(səs: 2)
1- Romantik bohem
Bu stildə əsas olan saçların sanki külək tərəfindən paylanmışcasına təbii, gözlərin isə eynilə bir dəniz kimi dərin olması əhəmiyyət daşıyır. Yaşıl rəngli bir göz teniylə gözlər qaşlara qədər rəngləniyir. Gözün iç qisimlərində isə işıqlıq bir təsir yaratmaq üçün açıq yaşıl ten istifadə edilir. Göz altlarında isə isti bir qəhvə tonu seçilməli. Alt göz qapağının içi qara bir göz qələmiylə diqqətə çarpanlaşdırıldıqdan sonra, kirpiklərə qara tuş istifadə edilir. Yanaqlar, şaftalı tonunun istiliyiylə işıldayarkən, dodaqlar şərab rəngi bir pomaydala vurğulanır.

2- Seksual 20-lər

Stilistlərin imtina edə bilmədiyi çarliston stili, saçlarda yumşaq dalğalarla inteqrasiya olunur. Əflatun rəngli patlaq ten əvvəl göz qapağının üzərinə çəkilir. İşıqlıq bir təsir yaratmaq üçün parlaq ağ qaş sümüyünə və gözün iç qisiminə tətbiq olunur. Göz qapağının dibinə yumşaq bir göz qələmiylə tünd qırmızı bir xətt çəkilir və daha sonra rəng paylanır. Təzə bir bitmə üçün dodaqlar cazibədar bir çəhrayı, yanaqlar isə şaftalı tonlarına rənglənir.

3- İdman və təbii

Yun beret və şalları tez-tez görəcəyimiz bu günlərdə 'outdoor' modası ağır makiyajları qaldırmır. İstifadə edilən rənglər şal və beretin tonlarından izlər daşıyır. Yanaqlar şaftalı tonlarıyla rəngləndirilir. Qaş sümüyünün üzərinə yüngülcə tətbiq olunan açıq rəng ten gözlərə işıqlıq bir ifadə qazandırır. Kirpiklərə yalnız bir dəfə tuş çəkilir. Çəhrayı rəngli glossla dodaqlar vurğulanır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri