Makiyaj məhsulları nə vaxt atılmalıdır?

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 771
Səs ver:
(səs: 0)
Pomada
Ömrü 2 - 3 ildir. Ancaq yay aylarında havanın çox isti olması səbəbiylə pomadaların səthində kiçik su qabarcıqları meydana gələ bilər. Bu normaldır. Əgər pomadanız qurumuşsa, dodağınıza çəkdikdən sonra üzərinə parladıcı çəkərək quruluğu yox edə bilərsiniz. Çox quruları zibilə atın.

Tonal krem
Açılmadığı müddətcə 2 - 3 il qalar. Əgər tonal kreminiz dibə çökmüş və üst səthdə yağ təbəqəsi meydana gəlmişsə, bir az yelləyərək təkrar əvvəlki halına gətirə bilərsiniz.Tonal kremi süngəri istifadə edirsinizsə, bunu hər istifadədən sonra yumalı və diqqətli saxlamalısınız.

Göz qələmi
Likit olanların, eynilə kirpik üçün tuşlar kimi içinə hava dola biləcəyindən ömürləri qısadır. Açılıb uzun müddət istifadə edilməyənlərin də quruma təhlükəsi var. Qələmlərin isə dayanıqlılığı üç ildir.

Gözaltı bağlayıcıları
1 - 2 il qalar. Lakin yığcam şəklində olanlar daha tez quruyar və bir zaman sonra istifadə edilə bilməz hala gələ bilər.

Ənlik
Suya dayanıqlı olduğu üçün uzun müddət istifadə edilə bilər. Lakin həddindən artıq istidə quruyan ənlikləri dərhal zibilə atmalısınız.

Ten

Dayanıqlılıq müddətləri 1 - 2 ildir. Bundan sonra tenlər quruya bilər və ya çatlaya bilər. Vaxtı keçən tenlərin ən gözə çarpan xüsusiyyəti isə göz qapaqlarında dağılmamasıdır.

Lak

Heç açılmadığı müddətcə ömürü iki ildir. Ağızı açılan və uzun zaman istifadə edilməyən laklar qalınlaşaraq pozulmağa başlar. Laklarınızın ömürünü uzatmaq üçün, hər istifadədən sonra fırçasını təmizləməli və ağızını uzun müddət açıq buraxmamalısınız.

Ətir
Açıldıqdan sonra ömürü iki ildir. Ən yaxşısı ətirləri quru və sərin bir yerdə saxlamaqdır. Günəş şüalarına məruz qalan ətirlərin qoxusu tez uçar.

Dəri təmizləmə məhsulu

Uzun müddət qalar. Çünki ehtiva etdikləri maddələr bakteriya meydana gəlməsini tədbirə xüsusiyyətinə malikdir. Lakin təmizləmə dəsmalları 1 - 2 il içərisində qəbul edilməlidir. Spirtli məhsulların ömrü təxminən iki, yağlıların isə bir ildir. Əgər məhsulda tortalaşma başlamışsa, qətiliklə istifadə etməyin.

Nəmləndirici krem
Açılmadığı müddətcə təxminən üç il qalar. Açılan və uzun zaman istifadə edilməyən vəsaitlərin üst səthində yağ təbəqəsi meydana gələ bilər və pis iy verməyə başlar. Balon içində olan nəmləndirici kremlər, havayla təmas etmədiyi üçün daha uzun ömürlüdür.

Günəş kremi
Əsla bir əvvəlki yaydan qalan günəş kreminizi istifadə etməyin. Çünki ümumiyyətlə qumluğa aparılan və günəş şüalarına birbaşa məruz qalan kremlərin tərkibindəki maddələr bir müddət sonra istilik səbəbiylə mənfi istiqamətdə təsirlənməyə başlar. Normalda günəş kremlərinin qalma müddəti altı aydır.

Otobronzan
İstifadə ömürü 1 - 2 ildir. Lakin çox isti mühitlərdə uzun müddət gözlədilən məhsulların tərkibindəki bronzlaşdırıcı maddələr qısa zamanda təsirlərini itirə bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri