Makiyajı təbii üsulla necə təmizləyək?

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2 918
Səs ver:
(səs: 0)
Qatıq
Qatığı bir qabda çırpıb krem halına gətirdikdən sonra üzünüzə sürtün. Ardından pambıqla silib yuyun. Qatıq içindəkilərlə dərini sıxlaşdırır, üzünüzə yenilənmiş görüntü verir.

Badam yağı, zeytun yağı, hindqozu yağı
Bu yağlardan birini üzünüzə sürtüb sonra üst-üstə iki təmiz pambıqla silin və ilıq su ilə yuyun. Makiyajı təmizlədiyi kimi dərinizi qidalandıracaq.

Vazelin
Vazelini üzünüzə yumşaq hərəkətlərlə dairəvi cizgilər çəkərək yedirin. Pambıqla bir neçə dəfə silin. Makiyajı sildikdən sonra üzünüzü ilıq su ilə yuyun.

Xiyar və süd
1 ədəd kiçik xiyarı rəndələyin. 250 ml südlə birlikdə qaynadın. Süzdüyünüz suya pambığı batırıb üzünüzü silin.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri