Göz ətrafı kreminizi özünüz hazırlayın

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 380
Səs ver:
(səs: 1)
Aptekdən alacağınız bir neçə vasitəylə kremi əvəzləyə bilərsiniz. Diqqət etməli olduğunuz iki məqam var:

1. Göz ətrafına həftədə 3 gün bu kremi sürtmək. Her gün çəksəniz yağ qabarcıqları yarana bilər.
2. Kremi göz cizgilərinin əksi istiqamətdə xəfif masaj edərək sürtmək.

Avokado yağı
Avokado yağı E vitamini ehtiva edir. E vitamini hüceyrə yeniləyici xüsusiyyəti ilə dərini təzələyir, nazik cizgiləri yox edir, bilinən qırışları azaldır, yenilərin yaranmasını gecikdirir.

Üzüm tumu yağı
İnsanların çoxu yuxusuzluqdan və yorğunluqdan dolayı göz altı qaralmalardan əziyyət çəkir. Üzüm tumu yağı güclü bir antioksidandır. Tərkibindəki E vitamin ilə qırışıları açır, gözaltı qaralmaları yox edir.

Qatı Hindistan qozu yağı
1 desert qaşığı qatı Hindistan qozu yağını şüşə qaba qoyun. Bu qabı içində isti su olan bir qəhvə bişirən qabın üzərinə oturdun. Taxta qaşıq, ya da çubuqla qarışdıraraq əridin. Bu yağı göz ətrafınıza çəkin. Yumayın. Göz makyajınızı Hindistan qozu yağı ilə təmizləyə bilərsiniz.

E vitamini yağı
E vitamini dərini nəmləndirir, yeniləyir, bu xüsusiyyəti ilə qırışları yox edir. E vitamini kapsullarını qıraraq digər göz ətrafı kreminizə əlavə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri