Ən təhlükəli silah: makiyaj

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 061
Səs ver:
(səs: 0)
Tuş bakteriyaları toplayır

Gözlər, üzümüzdəki ən həssas yerdi. Makiyajın da özünü ən gözəl göstərdiyi yerdi eyni zamanda. Buna görə gözlərə makiyajımızı edərkən də silərkən də ayrı bir diqqət göstərmək lazımdı. Tuş makiyaj vasitələri arasında ən təhlükəli olaraq tanınır. Çünki çox tez bakteriyaları toplayır. Bu da kipriklərin çox asan tökülməsi deməkdir. Kiprik tökülməsi əslində ən yaxşı ehtimaldı. Çümki göz şişinə qədər bir çox göz probleminə səbəb ola bilir.


Tonal krem ölümcül silaha çevrilir


Şübhəsiz makiyajın ən çox qüsur gizlədəni və bir yandan da ən çox qüsur yaradanı tonal kremdi. Mütəxəssislərə görə çəkdiyiniz tonal kremin üzümüzdə maksimum 6 saat qalması lazımdı. Çünki 6 saatdan sonra tonal krem ölümcül təsiri asta-asta başlayır. Əvvəlcə havadakı hər bir toz zərrəsini toplayır. Biz də üzümüzü silmədiyimiz zaman dərimiz mikrorqanizmlərin çoxalma mərkəzinə çevrilir. Sonra isə sızanaqlar və qara nöqtələr yaranmağa başlayır.


Dodaq boyası dodağı qurudur


Əslində makiyajımızda ən asan təmizlədiyimiz hissə dodaq boyası olduğunu zənn edirik. Bir şeylər yeyib-içdikcə dodaq boyası yavaş-yavaş silinir. Amma siz dodaqlarınız üçün lazımlı makiyaj təmizliyini etmədiyiniz müddətcə qalıntılar dodaqlarınızı qurutmağa başladacaq. Buna görə dodaqları təmizlərkən də diqqətli olmaqda fayda var.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri