Mağazalarda “tester”lərdən istifadə edərkən 2 dəfə düşünün..

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 897
Səs ver:
(səs: 0)
Hər bir xanım gündəlik az da olsa makiyajdan istifadə edir. Bu zaman bəzən kosmetik fırça, süngər, aplikatorların təmizliyinə diqqət yetirmirlər.

Bəs bu diqqətsizlik nələrə səbəb ola bilər?

Məsələ ilə bağlı açıqlama verən həkim-kosmetoloq Aidə Məmmədova bildirib ki, fırçalar təmizlənmədikdə üzərlərində ölmüş dəri hüceyrələrini, çirki, yağı, bakteriyaları saxlayır:

"Stafilaktok, streptako, göbələk, bağırsaq çöplərinə də rast gəlmək olar. Bu zaman siz üzünüzdən mikrobu fırçaya və ya əksinə, fırçadan üzünüzə yayırsınız. Ona görə də istifadədən əvvəl fırçalar mütləq yuyulmalıdır. Buna riayət etmədikdə konyuktivit - gözün selikli qişasının iltihabına tutulmaq mümkündür".

Çirkli kosmetik alətlərin dəridə oksikdləşdirici prosesləri artırdığını deyən həkim, vaxtından əvvəl qırışların yaranmasının qaçılmaz olduğunu bildirib.

"Dərinin elastikliyinə cavab verən kologen sintezi pozulur. Yağlı dərilərdə fırçaların mütəmadi istifadəsi infeksiyanın yayılmasına daha da şərait yaradır. Fırçalarınızı hər istifadədən sonra yumadıqda tez-tez üzünüzdə sızanaqlara rast gələ bilərsiniz", - deyə A,Məmmədova vurğulayıb.

Bəs fırçaları necə təmizləyək?

Axar suyun altında sabunla yaxşıca yuyulur.Taki tonal kremin, ənliyin rəngi çıxana qədər. Yüngülcə sıxılır sonra xlorheksidinlə dezinfeksiya edilir. Dəsmal sərib üfüqi istiqamətdə düzüb otaq temperaturunda qurudulur. Hazırda fırçaları yumaq üçün bir çox firmaların yuyucu və dezinfeksiyaedici məhsulları var. Vizajistlərimiz isə yeni salon şəraitində ultrafiolet şüalarla fırçaları, sponjları hər iki tərəfini çevirməklə 15 dəq ərzində sterilləşdirə bilərlər", - deyə mütəxəssis qeyd edib.

Həkim-kosmetoloq ümumi istifadə edilən kosmetikanın dəhşətli təhlükələrindən də bəhs edib: "Yaxın rəfiqənizin dodaq boyası, fırçasından istifadə etməklə siz ondan infeksiyaya yoluxmuş olursunuz. Hələ ki rəfiqəniz fırçaların təmizliyinə riayət etmirsə..."

"Mağazalarda test üçün qoyulmuş kosmetik vasitələrdən müəyyən dəqiqəlik istifadənin zərəri varmı?" sualını cavablandıran mütəxəssis vəziyyətin ciddiliyindən danışaraq xəbərdarlıq edib: "Araşdırmalar nəticəsində belə məhsullarda çoxlu sayda stafilakok, strepakok kimi infeksiyalar aşkar edilib. Buna görə də maqazinin vitrinlərində hər hansı bir məhsulu istifadə etməmişdən əvvəl iki dəfə düşünün".
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri