Yeni dodaq dəbi: Ombre

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 5 992
Səs ver:
(səs: 6)
İndiki vaxtda gözəllik anlayışı gün keçdikcə dəyişir. Gündəlik olaraq istifadə etdiyimiz hər şeyə yeni bir trend, yeni bir şərh gəlir. İndilərdə isə bir qadının bədənindəki ən gözəl yerlərindən biri olan dodaqlarına yeni bir dəb gəldi. Omrbe dəbi ilə dodaqlarınıza gözəllik qatarkən müasir və incə bir görünüşə sahib olacaqsınız.

Ombre dəbini tətbiq etmək üçün:

1. Əvvəl dodaqlarınıza şəkər və bal qarışığı ilə peeling edin və ölü dərilərdən təmizləyərək pomadanıza hamar bir dodaq hazırlayın.

2. Tətbiqə keçmədən əvvəl ən sevdiyiniz rəngsiz dodaq nəmləndiricinizi tətbiq edin.

3. Əgər çəhrayı tonlarında bir pomada vurursunuzsa, çəhrayı rəngə yaxın tonlarda, qırmızı pomada seçim etsəniz tünd qırmızı, tünd qırmızı çalarları bir dodaq qələmi ilə dodaqlarınızı çərçivələyin.
4. Dodaq qələminizin rəngiylə eyni və ya oxşar rəngdə bir pomadanı çərçivənin daxili qisimlərinə çəkin amma dodaqlarınızın ortasını mütləq boş buraxın.

5. İndi sıra ikinci pomada rənginə gəldi. Əgər dodaq qələmində bənövşəyi, bənövşəyi rəngə yaxın tonlar istifadə etsəniz çəhrayı bir pomada, tünd qırmızı bir qələm istifadə etsəniz qırmızı bir pomada alın və dodaqlarınızın ortasına pomadanızı vurun.

6. Hər iki pomadanı da vurduqdan sonra dodaqlarınızı bağlayaraq rəngləri bir-birinə qarışdırın.
 
7. Daha sonra dodaq qələminizi alın və iki rəngin yaxşıca bir-birinə keçdiyindən əmin olmaq üçün tünd rəng pomadanın üzərindən dolan və təkrar rəngləri bir-birinə qarışdırın.

8. İki rəngin keçid yerində iti bir xətt qalmadığından əmin olduğunuzda, diləsəniz şəffaf bir parladıcı ilə üzərindən keçərək əlavə parlaqlıq təmin edə bilərsiniz.

Artıq mükəmməl dodaqlara sahibsiniz.
(səs: 6)
Şərhlər: 15
Baxılıb: 5 992
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri