5 addımda şellak sonrası dırnaq bərpası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 4 819
Səs ver:
(səs: 0)
Gel manikür sonra dırnaqlarınızı keçmiş sağlam günlərinə geri qaytaracaq addım-addım tətbiq edəcəyiniz metodları sizinlə bölüşürük.
Demək, axır ki gel manikürünü çıxardınız və dırnaqlarınız qupquru, üstləri soyulur halda durur. Narahat olmayın: Aşağıda onları əvvəlki sağlamlığına qovuşdurmaq üçün addım-addım tətbiq edəcəyiniz və nəticəsinə təəccüblənəcəyiniz üsullar təqdim edirik.

1-ci Dırnaqlarınızı kəsin

5 addımda şellak sonrası dırnaq bərpası

Dırnaqlarınızın çox uzanmasına icazə verməyin, uzun dırnaqlar gün içərisində qırılmalara daha əlverişlidir. Məsələn, saxlama qabının qapağını açmağa çalışarkən etiketləri sökməyə çalışarkən kimi hallarda bir anda qırılar. Dırnaqlarınızın qırılmasını qarşısını almaq üçün qısa və ucları dairəvi şəkildə kəsməyə diqqət göstərməlisiniz.

2-ci Yavaşca pilkalayın



Bərabər olmayan bütün ucları və dırnaqlarınızın üstünü yüngülcə yonun. Bu addım xüsusilə uclarının daha çox soyulmasına mane olacaqdır.

3- Tez-tez nəmləndirin.



Dırnaqlarınızı və ətrafındakı dərilərə gündə bir neçə dəfə kütikül yağı ilə masaj edin. Sonra bütün bölgəyə qalın bir təbəqə əl kremi çəkin Yağlar dırnaq yataqlarında daha yaxşı sorulur və krem rütubətin çölə çıxmaması üçün örtücü bir baryer olacaq.

4- Dırnaq baxımı məhsulları istifadə edin.



Bir neçə həftə lak çəkmədən dırnaq baxımı kürləri tətbiq edin. Beləliklə, dırnaqlarınızın hava almasını təmin edin. Məsələn, müəyyən markaların zəif ucları gücləndirən zülallı dırnaq baxım məhsulları, dırnaqlarda sararmaları parladıcı piqment təsirilə bağlayır.

5- Kütiküllərinizi sərbəst buraxın.



Dırnaqlarınızın bu yüksək dərilərini kəsmə instinktinizə mane olun. Kütikülər dərinizin altında yeni çıxan dırnaq mənbələrini qorumağa köməkçi olur, buna da dırnaqlarınızı hər zaman nəmləndirməniz üçün başqa bir səbəb demək doğru olar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 819
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri