Dırnaqların gec uzanmasının səbəbləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 4 569
Səs ver:
(səs: 0)
Dırnaqların uzanmamasının bir səbəb bədən üçün lazımlı olan vitaminlərin olmamasıdır. Biotin adı verilən B7 vitamini əskikliyi dırnaqların uzanmasını ləngidir. Hazır qidalardan çəkinərək, sağlam qidalar istehlak edərək bədəninizdəki biotin çatışmazlığını azalda bilərsiz. Qidalanmaq bu mərhələdə dırnaqlar üçün olduqca əhəmiyyətlidir. Qeyri-kafi qidalanma dırnaqların tədricən gec uzanmasına səbəb olur. Əsəb, stress və yorğunluq kimi, sizə mənfi təsir göstərən hallar dırnaqlarınızı da eyni şəkildə təsir göstərir, dırnaqların uzanmasını ləngidir. Bir xəstəliyiniz varsa, bu xəstəlik üçün istifadə etdiyiniz bəzi dərmanlar da dırnaqların uzanmasını mənfi istiqamətdə təsir göstərir. Yaşlılığa bağlı olaraq dırnaqların uzanması da azalmağa başlayır.

Yavaş uzanan dırnaqlar üçün həll

Sağlam, qırılmayan və möhkəm dırnaqlar üçün ən mühüm addım sağlam qidalanmaqdır. Bədəninizin ehtiyac duyduğu vitaminləri mütləq almalısınız. Təbii qidalar almağın yanında müntəzəm olaraq dırnaq qulluğunu etməniz də olduqca əhəmiyyətlidir. Asan qırılan və yavaş uzanan dırnaqlarınız varsa, onları zeytun yağıyla masaj edə və ya limonla ovuşdurub 5-10 dəqiqə qədər dırnaqlarınız saxlaya bilərsiz. Bunlar daha güclü, qırılmayan və sürətli uzanan dırnaqlara nail olmağınıza köməkçi olacaq. Bunun xaricində etibarlı markalardan da dırnaq baxım yağları və dırnaq baxım məhsulları təmin edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri