Dırnaq boyasının tərkibində təhlükəli maddələr var - XANIMLARIN NƏZƏRİNƏ

Müəllif: Love Angel
Şərhlər: 8
Baxılıb: 3 546
Səs ver:
(səs: 0)
Dırnaq boyası qadınların gözəllik vasitələri içərisində ilk yerlərdə durur. Amma aparılan araşdırmalar zamanı məlum olub ki, dırnaq boyası insan orqanizmi üçün olduqca zərərlidir.

Qadinla.com xəbər verir ki, Amerikada aparılan bir araşdırma zamanı bir çox dırnaq boyası markasının göründüyündən daha zərərli olduğu müəyyənləşib.

Araşdırmaya qatılan 24 qadını kimyəvi toksin göstəriciləri üçün test ediblər. Nəticə olaraq hər bir qadının bədənində toksin izlərinə rastlanıb. Bəs bu kimyəvi maddələrin qaynağı nədir? Dırnaq boyası. Nəticələrə görə, iştirakçıların 100 faizində dırnaq boyası çəkildikdən sonra trifenil fosfat izləri görüldü. Bu cür dəqiq nəticələr olduqca diqqət çəkici və eyni zamanda da narahatverici idi.

Təqribən aparılan başqa bir araşdırmada da 10 fərqli dırnaq boyasını trifenil fosfat üçün test ediblər və kimyəvi maddənin dırnaq boyalarının 8 faizində olduğunu görüblər.

Bəs trifenil fosfat nədir?
Trifenil fosfatın (ya da TPHP-nin) yaratdığı ən böyük problem insan bədənindəki bütün hormonları idarə edən endokrin sisteminin pozulmasına yol açmasıdır. Araşdırmanı aparan həkim Heather Stapleton mövzu haqqındakı narahatlığını bu cür dilə gətirir: “TPHP-nin hormon tənzimlənməsini, metabolizmanı, nəsil artırmağı və inkişafı əngəllədiyini göstərən faktlar getdikcə çoxalır”.

Bu vəziyyət, xüsusilə böyümələrinin təməlində sağlıqlı hormonal inkişaf duran gənc qızlar üçün təhlükəlidir. Ancaq TPHP-yə məruz qalan hər kəs üçün ciddi bir sağlıq riski anlamına gəlir. Eyni zamanda da bu təsirləri olduğu bilinir.

Neyrotoksin
Endokrin toksin
Nəsil artırma toksini
Dərini aşındırma və allergiya
Digər sağlamlıq problemləri

Formaldehid:
Formaldehid suda və havada həll ola bilən məşhur bir kansorogendir (dırnaq boyası qoxusunu xatırladınızmı?) Bu kimyəvi maddəyə məruz qalma nəticəsində boğazda qaşıntı, astma və nəfəs almaqda çətinlik kimi əlamətlər də görülə bilər. Xroniki xəstəlikləri olanlar formaldehid səbəbi ilə zəhərlənməyə daha da meyllidir.

Toluen:
Bu kimyəvi maddə, uşaqlarda inkişafı əngəlləməsi ilə tanınır. Məruz qalma nəticəsində, dəri üçün aşındırıcı da ola bilir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri