Sağlam və tez uzanan dırnaqlar üçün faydalı qidalar

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 2 806
Səs ver:
(səs: 0)
Tez qırılan, zəif, rəngsiz və gec uzanan dırnaqlar sağlamlıq problemlərinə işarə ola bilər. Doğru və balanslı qidalanma sağlamlıq və gözəllik üçün olmazsa olmazlardandır. Həyat keyfiyyətini artıran əhəmiyyətli bir faktordur. Bədəninizin lazımlı vitamin və mineralları alması dırnaqlarınızın uzanma sürətini artırıb, sağlam bir görünüşə qovuşdurur. Daha sağlam və güclü dırnaqlar üçün vitamin tarazlığına diqqət edilməlidir.

Mərci və lobya

Mərci və paxlalı bitkilər dəmir və zülal baxımından zəngindir. Dırnaqların təməl ehtiyaclarından biri olan zülal vegetarian olan və ya ətlə çox arası olmayan oxucularımızın tez-tez yeməli olduğu qidalardandır. Yalnız mərci və paxlada deyil, soya kimi qidalarda da bitki mənşəli zülal və dəmir bol miqdarda var.

Pendir, süd və qatıq

Süd və süd məhsulları biotin baxımından zəngindir. Pendir, qatıq və süd ilə biotin ehtiyacınızı qarşılaya bilərsiniz. Biotin saç və dırnaq üçün çox lazımlı bir vitamindir. Dırnaqlarınızın güclənməsi və sağlam uzanması üçün gündəlik biotin qəbulunun kafi səviyyədə olması vacibdir.

Toyuq yumurtası

Toyuq yumurtası da biotin baxımından olduqca zəngindir. Əgər yumurtanı sevirsinizsə, naharlarda yeməyiniz sizə yumurtanın saysız faydasının yanında daha sağlam dırnaqlar da bəxş edə bilər. Kalsium, biotin və zülal ilə dırnaqlarınıza sanki bir sağlamlıq bombası atmış olacaqsınız.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri