Dırnaq boyasının qalıcı olması üçün üsullar

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 620
Səs ver:
(səs: 1)
Daha gözəl olmaq üçün istifadə etdiyiniz dırnaq boyaları bir neçə gün sonra uclarından soyulub baxımsız görünməyinizə səbəb olur? Narahat olmayın, artıq bu problemin öhdəsindən gəlməyin yolları var.

Şəffaf dırnaq boyası ilə işə başlayın.

Dırnaq boyasının daha qalıcı olması üçün ən vacib sirlərdən biri ən alt qata şəffaf dırnaq boyası çəkməkdir. Rəngli dırnaq boyanızı çəkməzdən qabaq sağlam bir zəmin hazırlamaq üçün dırnaqlarınıza mütləq bir qat şəffaf dırnaq boyası çəkin. Bu, dırnaq boyanızın daha qalıcı olmasına kömək edəcək. Həmçinin tünd rəng dırnaq boyanızı sildikdə dırnağınıza tünd dırnaq boyası bulaşmayacaq.

Dırnaq boyasını yaxşıca çalxalayın

Bəsit, amma təsirli bir üsuldur. Dırnaq boyanızı istifadə etməzdən qabaq mütləq çalxalayın. Bu, dırnaq boyanızın qurumasının qarşısını alacaq. Bunun köməkliyi ilə dırnaqlarınızda hamar bir görünüş əldə edə bilərsiniz.

İlk qatın qurumasını gözləyin

Dırnaq boyası çəkmək üçün az vaxtınız olsa da, birinci qatın mütləq qurumasını gözləyin. Bunu sürətləndirmək üçün dırnaq boyası quruducu məhluldan istifadə edə bilərsiniz. Dırnaq boyasının ikinci qatına keçməzdən qabaq ilk qatın quruması vacibdir.

Dırnağınızın ortasına çəkin

Dırnaq boyanızı çəkməyə dırnağın ortasından başlayın. Bir dırnağı 3 hərəkətlə bitirməyə çalışın. Dırnaq boyanızı uclarında bir az çox olacaq şəkildə çəkin. Çünki dırnaq boyaları ilk əvvəl uc tərəfdən soyulmağa başlayır.

Şəffaf dırnaq boyası ilə qoruyun

Dırnaq boyasının üstünə incə qat şəffaf dırnaq boyası vursanız, daha qalıcı olacaq. İki gündən bir dırnaq boyanızın üstünə şəffaf qat çəkin. Bu, dırnaq boyanızın dözümlülüyünü artıracaq.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 620
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Zuxa
Cox melumat bilirem dirnaq baresinde
4 sentyabr 2019 16:55
5
Online
diablo
Maraqlı faydalı məlumat oldu.Təşəkkür canim
1 sentyabr 2019 19:22
4
......
Offline
BARBI
Alt qata seffaf usulu mende prob edecem.Gorek effekt verirmi
1 sentyabr 2019 18:56
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
İlaha
Alt qata şəffaf boya çəkilməsi fikrini indiyədək bilmirdim. Boyanı siləndə çox vaxt təmiz silinmir, bu üsulu sınayacağam. Düşünürəm ki effektiv olacaq. Məlumat üçün təşəkkür.
1 sentyabr 2019 17:37
2
Offline
Love-Girl
Maraqli melumat ucun tewekkurler.
1 sentyabr 2019 17:26
1
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri