Sarımsaq ilə dırnaqlarınızı gücləndirin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 351
Səs ver:
(səs: 1)
Bildiyiniz kimi, sarımsaq sağlamlığımız üçün olduqca faydalı bir qidadır. Sidik qovucu və bəzi xərçəng tiplərini əngəlləməyə də yaradığı irəli sürülür. Gözəllik sahəsində də möhtəşəm dəyişikliklər təmin edir.

Dırnaqlar onları zəiflədən bir çox maddəyə məruz qalır, bu səbəblə sarımsaq onları sərtləşdirmək üçün mükəmməl bir təbii seçimdir. Qoxusu olduqca sərt olsa da, dırnaqlarınızı sağlam və güclü tutmaq üçün bir az tətbiq etməyə dəyər.

Dırnaq boyasına sarımsaq əlavə edin

Sarımsaq ilə dırnaqlarınızı gücləndirin

Bunun üçün 1 diş sarımsaq və rəngsiz bir laka ehtiyacınız var. Sarımsağı soyub əzin. Sarımsağı lak şüşəsinin içinə əlavə edin.
Dırnaqlarınıza birbaşa olaraq tətbiq edin və manikürunuz möhkəm qaldığı müddətdə əllərinizdə tutun. Bu olduqca sadə olan və ancaq dırnaq boyasnızı təmizlədikdən sonra təkrar edə biləcəyiniz bir variantdır.

Sarımsaqlı su tarifi

Material olaraq; Su, 2 diş sarımsaq və qab lazımdır. Evdə manikür seansı edərkən dırnaqlarınızı bir miqdar sarımsaq ilə bəsləməklə başlayın. Qabığı varsa, sarımsağın qabığını soyandan sonra iki diş sarımsağı kəsin və bir kasa suya qoyun. 15 və ya 20 dəqiqə gözlədin. Sarımsağı sudan çıxardın və 15 dəqiqə əllərinizi suda gözlədin. Sarımsağı sudan çıxarmanızın səbəbi də əllərinizin artıq iy verməməsini təmin etməkdir. Əllərinizi yuyaraq maniküra normal şəkildə davam edə bilərsiz, sarımsaq, bu 15 dəqiqə içərisində vəzifəsini görmüş olacaq.

Zeytun yağı və sarımsaq qarışığı

Bu qarışığı hazırlamaq üçün lazım olan vəsaitlər; 1 diş sarımsaq, lak çıxarıcı (aseton), boş bir lak şüşəsi.

Boş lak şüşəsini götürərək içində qalan lakın hamısını aseton ilə çıxarın.
Sarımsağı soyun və əzin. Təmiz şüşənin içinə əzilmiş sarımsaq və zeytun yağını əlavə edin. Birbaşa olaraq dırnaqlarınıza tətbiq edin. 15 dəqiqə gözlədin və yuyun.

Bu təsvirin içindəki hər iki materialının də müəyyən faydaları vardır: Sarımsaq dırnaq sərtləşdirmək üçün istifadə edilir, zeytun yağı isə onları nəmləndirmək üçün. Əgər seçim etsəniz bu yağı badam yağı ilə dəyişdirin çünki sarımsağın qoxusunu yox edəcək daha güclü ətirə malikdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri