Payız fəslində əllərə necə qulluq etmək lazımdır?

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 593
Səs ver:
(səs: 2)
Çox vaxt söyləyirlər ki, qadının həqiqi yaşını bilmək üçün sadəcə – onun əllərinə baxmaq kifayətdir. Bu həqiqətən də belədir: Məhz onlar bizim yaşımızı ələ verirlər, axı əllərin dərisi ətraf mühitin stress-amillərinin təsirinə xüsusilə meyllidir. Məsələ ondadır ki, təbiət praktik olaraq ona müdafiəni verməyib.

Belə təbii "müdafiəsizlik” nəticəsində əllərin dərisində yaralar, xırda kəsiklər və mikroçatlar tez-tez yaranır. Hər gün əllərin dərisinə daha çox ziyanı məişət kimyası və su kəmərindən gələn sərt su vurur. İlin soyuq fəslinə görə vəziyyət daha da çətinləşir: yaş qar və yağış, külək və aşağı temperatur, istilik sistemi yerləşdirililən məkanlarda quru hava və s.

Bundan başqa, oktyabr – bağ sahəsinin təmizləməsi və qışa hazırlıq dövrüdür. Zəhərli gübrələr və "sahələrdə” bir neçə saatlıq işi, dərinin gözəlliyi və sağlamlığına əlavə etmək olmur. Əllərdə tez-tez qıcıqlanma və qaşınma yaranır, dəri qabığı soyulmağa və kobudlaşmağa başlayır.

Əllərinizin zərifliyini və hamarlığını saxlamaq üçün, sadəcə bir neçə qaydanı yadda saxlamaq kifayətdir.

Ən kiçik qıcıqlanmalar zamanı– dəridə diskomfort hiss etdikdə sağaldan xüsusiyyətlərə malik kremdən istifadə etməyə çalışın.

Küçəyə çıxdığınızda əlcəkləri götürməyi unutmayın: mikroçatlar və qızartılar- məhz əllərdə dərinin həddindən artıq soyumasından sonra yaranır.

Heç olmasa barmaqlarınızı gündə bir neçə dəfə masaj edin: masaj hərəkətləri qan dövranını qaydaya salacaq və əzələləri zəiflədəcək.

Qan dövranını yaxşılaşdırmaq üçün, həmçinin əlləri ilıq suyla yumaq, ondan sonra –sərin suyla yaxalamaq olar.

Bağ işləri gördüyünüz zaman əlləri mütləq xüsusi əlcəklərlə müdafiə edin ki, onlara gübrələr dəyməsin.

Gündə ən azı iki dəfə əlləri üçün kremdən istifadə edin: səhər – dərini qorumaq üçün, axşam – qidalanmanı təmin etmək üçün.

Soyuq havalar zamanı, əllər üçün kompleks istifadə edilən kremlərdən istifadə edə bilərsiniz, hansı ki, qoruyucu, həm də nəmləndirici xüsusiyyətlərlə malikdir. Əl kremini alarkən tərkibində çaytikanı olmasına diqqət edin. Çaytikanı – vitaminlərin zəngin mənbəyidir. Bu giləmeyvə əla antibakterial, qidalı, qoruyucu, yaraları sağaldan və sakitləşdirən vasitədir. Bundan başqa, o, gözəlliyi və zərifliyi (lətifliyi) qaytararaq dərinin cavanlaşmasına imkan yaradır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 593
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri