Sürətli dırnaq uzadan 3 ən asan üsul

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 4 712
Səs ver:
(səs: 1)
Limon suyu ilə dırnaq uzatmaq
Hər şeydən əvvəl limon suyu ilə dırnaq uzatmaq üçün kiçik bir qaba ehtiyacınız var. Əvvəlcə qaba bir az limon suyu sıxmalısınız. Sıxılmış limon suyunun təxminən yarısına zeytun yağı əlavə etməlisiniz. Bundan sonra bu qarışığı dırnaqlarınıza ayda ən azı 4 dəfə, ən çox 12 dəfə vurmalısınız. Qarışıq hazırladıqdan sonra dırnaqlarınızı yuyub hərtərəfli qurutmalısınız. Əllərin və dırnaqlarına masaj edərək təmizlənmə prosesinə başlayaraq qarışığı tətbiq etməzdən əvvəl 15 dəqiqə gözləməlisiniz.

Portağal ilə dırnaq uzatmaq
Hamar bir görünüş və sürətli uzanma təmin edəcək başqa bir müalicə qışda asanlıqla tapılan portağal ilə edilir. Hər zamanki dırnaq baxımından əvvəl həyata keçirəcəyiniz müalicə üçün bir portağal sıxmalısınız. Dırnaqlarınızı portağal suyuna 10 dəqiqə batırmalısınız. Proses bitdikdən sonra dırnaqlarınızı yuyun və qurudun. Bu müalicəni ayda maksimum 8 dəfə etmək tövsiyə olunur. Narıncı rəngə görə əllərinizdə və ya ayaqlarınızda rəng dəyişməməsi üçün dırnaqlarınızı yuyarkən isti su istifadə etməlisiniz.

Dırnaq uzadan boya ilə dırnaq uzatmaq
Uzun və sağlam dırnaqlar üçün istifadə edə biləcəyiniz bir başqa üsul da dırnaq uzatma dırnaq boyalarıdır. Ümumiyyətlə apteklərdə və kosmetik mağazalarda satılan dırnaq boyaları, dırnaqların sürətlə uzanması üçün lazım olan mineralları və vitaminləri təmin edir. Beləliklə, dırnaqlar normaldan çox daha sürətli uzanır. Ancaq unudulmaması lazım olan bir vacib məqam var. Dırnaq uzatmaq üçün dırnaq boyası və ya digər bitki mənşəli vasitələr, dırnaq dişləmə vərdişi olan və ya dırnağını səhv kəsən insanlar üçün kifayət qədər təsirli deyil. Bu və bənzər metodların təsirli olması üçün dırnaqların sağlam uzanmasına mane olan vərdişlərdən imtina etmək lazımdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 712
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri