Rəngarəng dırnaqlar nəyi izah edir?

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 5530
Paylaş:
Səs ver:
(səs: 9)
Qırmızı dırnaq boyası.
Qırmızı həmişə ehtirasın, atəşin rəngi olmuşdur.Qırmızı rənglərin də ən duyğulusudur. Hər kəsin dəb dunyasında qırmızının tonları iştirak edir. Xüsusi gecələrin, gündəlik kombinlərin baş rolunda həmişə qırmızıdır. Anlayacağınız kimi-qırmızı dırnaq boyasını  sevənlər cazibəni sevən qadınlardır.

Mavi dırnaq boyası.
Mavi və mavinin tonları qorxusuzluğu işarə edir. Bu mövsüm, mavinin qeyri-adi tonlarını, klassik tonlarını və canlı tonlarını görürük. Mavi dırnaq boyasını dırnaqlarında seçənlər ümumiyyətlə tək olmaq istəyən azad qadınlardır. Daha xüsusi olduqlarını dırnaq boyaları ilə əks etdirmək istəyərlər.

Bordo dırnaq boyası.
Payız fəslinin başından bəri bordonun hakimiyyətini vitrinlərdə görürük. Klassikləşmiş bordo dırnaqlarda dərhal hər kəsin əllərində  nəzərə çarpır. Gücü işarələyən bu rəng, qırmızının ən tünd və elegant halıdır.

Parıltılı dırnaq boyaları.
Simlər, dəyişik şəkillərdəki parıltılar dırnaqlarınıza canlı bir görünüş verər. Dinamik qadınların seçimi olan parıltılar həyəcan istəyənlərin vazgeçilməzidir.

Qara dırnaq boyası.
Diqqətsiz, ənənəviləşmiş  tünd efektlər verən, bəzən ruh halını əks etdirən və hər kombinlə uyğunlaşma təmin edən bir rəngdir . Gücü və sabitliyi işarələyən bu rəngin modası heç bir zaman keçməz.

Qızıl rəngi dırnaq boyası.
Həyəcan verən qızıl rəngi, xüsusilə dəvətlərdə çox qadının cəlbedici olmasını  təmin edən bir variantdır. Bu rəng eyni zamanda rəqabəti işarələyər. Dırnaqlarında qızıl rəngi hakim olan bir qadın hər vaxt birincidir.

Neytral rənglər.
Dırnaqları çılpaqmış kimi göstərən neytral rənglər dırnaqları incə və təmiz göstərən rənglərdir.  

Narıncı dırnaq boyaları.
Canlı, dinamik və enerji dolu rəngdir. Narıncı və onun  tonları dərdsiz bir həyat tərzi olanların seçimidir. Onlar üstlərinə həmişə bir rəng qatmaq istəyərlər.

Çəhrayı dırnaq boyası.
Naməlum çəhrayılar dırnaqlara bir cazibədarlıq qatar. Bu rəng, vintaj tərzini sevənlərin davamlı olaraq istifadə etdiyi bir rəngdir.

Sarı dırnaq boyası.
Sarı ümumiyyətlə günəşi və qumu təmsil edər. Özünüzü sahildə hiss etdirən  sarını dırnaqlarda görsəniz deməli o adam çox xoşbəxtdir. Optimist insanların seçimi sarıdır.

Bənövşəyi dırnaq boyası.
Bənövşəyi dırnaqların səbəbi yaradıcılıqdır. Bənövşəyi bəzən ağır, bəzən dinamik bir rəngdir. Bənövşəyi sadə və enerjili insanlara yaxşı gedər.

/Mənbə: Qadınlar.biz/

loading...
(səs: 9)
Şərhlər:
Baxılıb: 5530
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv