Aseton yoxsa, dırnaq boyası necə təmizlənər?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 35 574
Səs ver:
(səs: 8)
Lak hər qadının çox sevdiyi və ümumiyyətlə imtina edə bilmədiyi bir məhsuldur. Buna görə davamlı rəngarəng laklar alar, onu çəkər və dəqiqələrlə qurumasını gözləyərlər.

Ancaq bəzən köhnə bir lak gözəl əllərinizi çirkin göstərə bilər və ya yeni bir lak çəkmək istəyə bilərsiniz. Bunu istədiyiniz vaxt əgər asetonunuz olmadığını fərq etsəniz əlbəttə dünya başınıza yıxılar.

Amma narahat olmanıza ehtiyac yoxdur çünki evdə o anda aseton tapa bilmirsinizsə, evdə olan bir neçə məhsulla da dırnaqlarınızı təmizləməniz mümkündür.

Asetonsuz lak çıxarmanın ən yaxşı və ən məşhur üsullarından biri lakı yenə lak ilə çıxarmaqdır. Dırnaqlarınıza sürtülmüş olan lakın üzərindən təkrar gedin və qurumadan pambıq ya da salfet köməyi ilə dərhal təmizləyin. Bunu bütün dırnaqlara tətbiq edin və hamısını çıxarmağa çalışın.

Aseton qədər sürətli və praktik bir həll olmasa da aseton tapa bilmədiyiniz anlarda qurtarıcı ola bilər. Asetonsuz lak çıxarmaq üçün məşhur olmasa da işə yaradığı deyilən bir başqa üsul deodorant üsulu. Bu üsulda barmaqlarınıza deodorant sıxırsınız və yenə pambıq ilə təmizləyirsiniz. Ortalıq bir az deodorant iy verər və çox deodorant istifadə edərsiniz amma nəticə yaxşı olacaq. Yaş dəsmal ilə çox çətin olsa da laklar çıxardıla bilir.

Çox işə yarayan bir üsul da sirkə ilə edilən təmizləmə. Burada əlinizi sirkə ilə isladıb üzərinə limon suyu sıxırsınız ardından bir az ovalayaraq lakları çıxarırsınız.

Son olaraq lakınızı asetonsuz təmizləmək üçün əlinizi isti və sabunlu suda gözlədib ardından limon qabığı ilə təmizləyə bilərsiniz. Lak təmizləmədə dırnaqları qazıma üsulu da sayılar lakin bu üsul dırnaqları cızdığı üçün çox təklif etmirik.

/Mənbə: Qadınlar.biz/
(səs: 8)
Şərhlər: 4
Baxılıb: 35 574
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri