Evdə manikür və pedikür necə edilir?

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 11 547
Səs ver:
(səs: 4)
Laklarınızı silin

Dırnaq baxımına, daha əvvəlki əməliyyatlardan qalan cila artıqlarının təmizlənməsi ile başlanmalı. Bu məqsədlə istifadə edilən aseton və ya bənzər mürəkkəblər ehtiva edən maddələr, dırnaq boyasıyla birlikdə dırnaqda yağ (lipit) itkisinə səbəb ola bilir. Dırnaqlarda həddindən artıq qurumağa səbəb olmamaq üçün bu məhsullara bəzi yağlar əlavə etmək lazımdır. Bizim bildiyimiz təbii badam yağı, suysam yağı və bəzi bitki mənşəli yağ növlərini istifadə edə bilərsiniz. Bu yağları, asetonun içinə qata biləcəyiniz kimi, dərhal arxasından baxım olaraq da tətbiq edə bilərsiniz. Burada məqsəd yağ itkisini dərhal əvəz edə bilmək.

Dırnaqlarınıza forma verin

Baxımdan bir sonrakı addım forma vermə əməliyyatı. Dırnaqlarınızı kəsərkən dırnağın tamamilə ziyan almama riskini göz ardı etməyin. Bunun xaricində, dırnaq uclarını düz tuta bilmək üçün nizamlı olaraq dırnaqlarınızı törpüləyin. Sumbatalı törpü və ya metal dırnaq törpüsü istifadə edə bilərsiniz. Unutmayın, dırnaq törpülərinin adama xüsusi olması şərt. Heç bir dezenfeksiyon əməliyyatına  tutulmayan törpülər bir çox infeksiyanın yoluxmasına səbəb ola bilir, xüsusilə göbələk infeksiyalarına diqqət edilməsi lazımdır.

Dırnaq ətlərinizi kəsin

Dırnaq  üzərindəki nizamsızlıqları dırnaq tamponu ilə həll edə bilərsiniz. Kutikül yəni dırnaq əti təmizliyi əvvəlində bu qisimləri yumşaldın. Bunun üçün dırnaqlarınızı əvvəl sabunlu suda gözlədin, ardından kutikül aradan qaldırıcılar tətbiq edin. Təxminən 10 dəqiqə gözlədikdən sonra da əllərinizi yuyun. Ardından müxtəlif itələyicilərlə və ya qayçılarla bu qisimlərin çoxluqlarını ala bilərsiniz. Bunu edərkən dırnaq -kutikül bütünlüyünü pozmamağa diqqət edin.

Lak zamanı

Baxımdan son olaraq üzərinə rəngli cila və onun da üzərinə şəffaf üst astar tətbiq edin. Bu sayədə həm lakınız daha dayanıqlı olar həm də lakınızı çıxararkən dırnaqlarınızda rəng qalıqları qalmaz.

/Mənbə: Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 11 547
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri