Dırnaqları boyadıqdan sonra qurutma üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 596
Səs ver:
(səs: 4)
Dırnaqları boyadıqdan sonra onları necə tez qurutmaq mümkündür?

Bəzən elə hallar olar ki, dırnaqları sürətli şəkildə qurutmaq tələbatı yaranır. Bunun üçün hava fenindən istifadə etmək mümkündür. Amma bu halda, isti hava axınından istifadə etmək olmaz, əks halda boya çat verəcəkdir. Soyuq hava axını ilə dırnaqları sürətli şəkildə qurutmaq mümkündür. Belə qurumanın ən böyük mənfisi laın uzunmüddətli qalmamasıdır. 

Boyanı çəkməmişdən əvvəl onu soyuducuda 15-20 dəq saxlamaq mümkündür, bu halda soyumuş boya nazik qatla tez yayılır və tez quruyur. 

Soyuq su da boyanın qurumasına şərait yaradır. Bunun üçün bir qaba su töküb dırnaqlarınızı orada 3 dəqiqə saxlayın, suya buz da əlavə etsəniz temperatur daha da enəcək, bu da dırnaqlarınızın daha tez qurumasına səbəb olacaq. Su axını altında bu proseduru etməyin, əks halda manikurunuz zədələnəcək, həmçinin prosesdən sonra dərhal əllərinizi qurulamayın.

/Mənbə: Qadınlar.biz/


 


(səs: 4)
Şərhlər: 8
Baxılıb: 5 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri