Düzgün dırnaq kəsmək əhəmiyyətlidir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 12 259
Səs ver:
(səs: 2)
Əl və ayaq dırnaqları necə kəsilməlidir?
Əl və ayaq dırnaqlarını kəsmək asan bir iş olsa da etinalı edilməsi lazımdır. Bu məqalə sizə necə ediləcəyini göstərəcək.
1. Dırnaqlarınızı hazırlayın. Kəsmədən əvvəl bir neçə dəqiqə ilıq suda gözlədin, bu dırnaqlarınızın yumşalmasını təmin edəcək və daha asan kəsmənizə köməkçi olacaq. Bu eyni zamanda dırnaq uclarındakı qırılmaları da maneə törədəcək. Bu addım xüsusilə ayaq  barmaqları üçün əhəmiyyətlidir, çünki çox sərt ola bilirlər.

2. Dırnaqlarınızı kəsin. Dırnaqlarınızı heç ağı görünməyəcək və barmağınızın boyunu keçməyəcək şəkildə düz kəsin.
Əgər gitaristsinizsə istifadə etdiyiniz əldə- ümumiyyətlə sağ əldir, təxminən 1,5-2 mmlik dırnaq saxlaya bilərsiniz.

3. Dırnaqlarınızın qurumasını gözləyin. Dırnaqlarınızı quru və sərt olana qədər bir az daha gözləyin. Yaş dırnaqları pilkalamaq quruduqlarında nahamar dırnaq ucları edə bilər və dırnaqlarınızın qırılmasına da səbəb ola bilər.

4. Dırnaqlarınızı pilkalayın. Bir pilka istifadə edərək dırnaqlarınıza şəkil verin və dırnaq kənarlarının düz olduğundan əmin olun.
Ucları nahamar dırnaqlar paltarlara, corablara ilişə bilər və  bu da dırnağın cırılmasına ya da qırılmasına yol aça bilər.
Pilkalarkən hər vaxt dırnağın kənarından mərkəzə doğru tək hərəkət ilə pilkalayın. Pilkanın kobud tərəfini daha çox dırnaqdan xilas olmaq istəyirsinizsə istifadə edin. İncə tərəfini isə dırnaqlara şəkil vermək üçün istifadə edin.
Bitirdiyinizdə dırnaqlarınız yüngül üçbucaq şəklində, və ya oval olmalı, iti olmamalıdır. Bu dırnaqlarınızı qırılmaqdan qoruyar. Əgər küncləri və kənarları çox pilkalasanız dırnaqlar zəifləyər.

5.Təkrarən baxın. Dırnaqlarınızın bərabər uzunluqda olduğundan iti ya da çıxıntılı quruluşda olmadığından əmin olun. Eyni uzunluqda və düz olana qədər kəsin və pilkalayın. Dırnaqlarınız düzdürsə əl vurmayın.

Məsləhətlər:
- Səhər axşam dırnaqlarınızı qidalandırıcı bir yağ ya da nəmləndirici krem ilə yumşaldın. Bu dırnaqlarınıza nəmin yeriməsini asanlaşdırar və qırılmalara, qopmalara qarşı dırnaqlarınızı qoruyar.
- Qulaq pambığı istifadə edərək dırnaqlarınızın altını təmizləyin. Bu üsul dırnaq fırçası ilə də həyata keçirilə bilər.
- Əgər zəif dırnaqlarınız varsa, dırnaq boyası bezini ya da boyanızı dırnaq uclarına bir qat sürtərək dırnaqlarınıza əlavə müqavimət verin.
- Əllərinizi hər yuduğunuzda əl kremi istifadə edin. Kremdəki yağlayar nəmi dırnaqlarınıza keçirəcək.
- Hər ələ uyğun olan ideal uzunluq barmaq uclarınızın bir az irəlisidir.
- Dırnaq ətləriniz üçün krem istifadə edərək dırnaq ətlərinizi sağlam və yumşaq edin.
- Bağça işi ya da çirkli işlər edəcəksinizsə, palçıq və çirki uzaq tutmaq üçün dırnaqlarınızı bir  sabuna batırın. Dırnaq altına girən sabun çirkin də girməsinə maneə törədəcək.
- Ayaq dırnaqları üçün xüsusiləşmiş dırnaq kəsiciləri vardır. Normal qayçı yüngül qövslüykən, xüsusi kəsicilər uzun dırnağını azaltmaq üçün məsləhətdir.
- Qidalandırıcı yağ olaraq həm ucuz həm də təsirli bir alternativ zeytunyağıdır.
- Qab-qacaqları yuyarkən qab-qacaq əlcəyi geyin. Yumşaq dırnaqların əsas səbəbi suya məruz qalmasıdır. Əgər dırnaqlarınız yaş və yumşaqdırsa quruyana qədər onlara diqqət yetirin.
- Dırnaqlarınızı düz və parlaq etmək üçün arada-bir fırçalayın.

Diqqət edin:
- Dırnaq ətlərinizi çox kəsməyin, yoxsa qanayarlar. Orada olmalarının bir səbəbi var: - Dırnaq infeksiyalarını önləmək.
- Dırnaqlarınızı yeməyin. Pis formalara səbəb olarlar və pis görünərlər.
- Bu addımlardan hər hansı birini tətbiq etdikdən sonra bütün dırnaq vəsaitlərinizi təmizləyin. On dəqiqəliyinə isti sabunlu suya salın.
- Dırnaq kəsərkən çox sürətli kəsməyin. Səhvən dərinizi kəsmədiyinizdən ya da dırnağı çox kəsmədiyinizdən əmin olun.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 12 259
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri