Xanımlarımız üçün ev şəraitində ayaq baxımı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 769
Səs ver:
(səs: 2)
Bütün gün ayaqqabının içində olan ayaqlarımız gün içərisində bir çox dəfə zərbələrə məruz qalır. Müxtəlif dırnaq və ayaq problemlərinə səbəb olan ayaqlarımıza baxım etmək isə artıq çox asandır...
Fərdi gigiyenanın ən əhəmiyyətlisi olan ayaq baxımı, əslində tətbiqi heç göründüyü qədər çətin deyil. Evdə rahatlıqla tətbiq edə biləcəyiniz sadə texnikalar sayəsində ayaqlarınız mütəxəssis əllərdən çıxmış kimi rahat və qüsursuz görünüşlü ola bilər.
Ayaqlarınızı ilıq, sabunlu su ilə yuyun. Bu əməliyyatı etdikdən sonra soyuq su ilə durulayıb dəsmal ilə barmaq araları daxil ayağınızın hər yerini yaxşıca qurulayın. Daha sonra nəmləndirici krem sürtə bilərsiniz.

Ayaq dırnaqlarınızı düz deyil, yumru kəsməyə çalışın. Dırnaqlarınızın yanında olan ətləri isə qətiliklə kəsməyin. Bu tətbiq dırnaqlarınızın daha çox uzanmasına səbəb olar.


Ayaqlarınızı ponza (pemza) daşı ilə masaj edin. Ponza daşı,masaj edərək tətbiq olunduğunda döyənək görünüşünü yox edər, ayaqlarınızı təmizləmədə də sizə köməkçi olar. Ölü dərilərin bədəninizdən atılmasını və dərinizin rahat nəfəs almasını təmin edər. Bu tətbiqlərdən sonra ayağınızın bir müddət isti suda qalması dərinin yumşaq qalmasını təmin edər.


Topuqlardan başlayaraq dizə doğru masajlar edin. Bu masaj qan dövranınızı nizamlayar və ayaqlarda yaranan şişmələri, ağrıları yox edər.


Yatmaqdan əvvəl ayaqlarınıza sürtəcəyiniz nəmləndiricilərə diqqət yetirməlisiniz. Barmaq aralarına keçməməsinə diqqət edin, çünki nəmli qalan bu bölgələrdə göbələk meydana gəlməsinə səbəb ola bilər.


Yatmaqdan əvvəl ayaqlarınıza qatı bir krem sütrün və üzərinə pambıqlı bir corab geyinin. Oyandığınızda ayaqlarınızın bir pambıq kimi yumşaq olduğunu görəcəksiniz.gün daha sizi idarə edəcək gözəllikdə olacaqdır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri