Əllər üçün vannalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 970
Səs ver:
(səs: 2)
— Bərabər miqdarda olmaqla çobanyastığı, dazıotu, adaçayı, kalendula, bağayarpağı otlarını qarışdırın. Bu qarışıqdan 4-5 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su əlavə edin, 10-15 dəqiqə vam odda saxlayın. Əllərinizi ilıq şəkildə olan bu dəmləmənin içərisində 10 dəqiqə saxlayın və bundan dərhal sonra (hələ ki, nəm olan dəriyə) əl üçün yağlı qidalandırıcı krem sürtün.

— 1 xörək qaşığı nişastanın üzərinə ½ litr ilıq su və 1 xörək qaşığı qatıq əlavə edib yaxşıca qarışdırın. Əlləri 10 dəqiqə vannada saxlayın, sonra salfetlə qurudub, su ilə yaxalamadan əllərinizə qidalandırıcı krem çəkin.

— Əllərin həddən artıq tərləməsi zamanı palıd qabığından hazırlanan dəmləmə yaxşı kömək edir. 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su əlavə edib 15 dəqiqə vam odda qaynadırlar, sonra süzürlər. İlıq halda olan dəmləmədə əlləri 10 dəqiqə saxlayır, sonra yaxşıca qurudurlar. Əllərin tərləməsinin qarşısını almaq üçün boymadərən və adaçayı dəmləmələri də məsləhət görülür (hər otdan 1 xörək qaşığı + 1/2 litr qaynar su).
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri