Manikürünüzü evdə özünüz edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 508
Səs ver:
(səs: 2)
Qadınların gözəlliklərini tamamlayan bir başqa nöqtə də baxımlı əllərdir. Əllərinizin hər vaxt "yeni manikür edilmiş kimi" görünməsi də sizə qalmış! Bu da pik nöqtələr...

* Əllərinizi yuyun və qurulayın.

* Cüt tərəfli bir sumbata törpü istifadə edərək, yumşaq toxunuşlarla dırnaqlarınızı törpüləyin. Dırnaqlarınızı zəiflədə biləcəyindən, dırnaq künclərinizi törpülemekden çəkinin.

* Dırnaqlarınızı forma verməyə başlayın. İstifadə edilən ən məşhur şəkil ovaldır, amma siz əlinizə və barmaq formanıza ən uyğun olanını şeçin.

* Nə qədər yaxşı etdiyinizi görmək üçün nəzarət edin. Dırnaqlarınızı köhnə bir külotlu corab üzərində gəzdirin. Dırnaqlarınızın coraba ilişməməsi lazımdır.

* Dırnaqlarınızın ətrafındakı dəriyə yumşaldıcı tətbiq edin və bir neçə dəqiqə gözləyin.

* Əllərinizi bir qab isti suya keçirin və bir neçə dəqiqə daha gözləyərək yaxşıca islanmalarını təmin edin.

* Dırnaq ətrafınızdakı ölü dəriləri yüngülcə geriyə itələyin. Bu sizə ağrı verməməlidir.

* Əl losyonu tətbiq edin və bir əlinizin baş barmağı ilə digər əlinizin ovuc içinə masaj etməyə başlayın. Bu qan dövranınızı artıracaq. Bərabər zaman verərək masajı digər əlinizə də tətbiq edin.

* Dırnaqlarınız, rənglənilmədən əvvəl təmizlənmiş olmalılar. Asetonlu pambıq ilə bütün dırnaq səthini ovun.
Sürüşkən bir qalıq olub olmadığını nəzarət edin. Heç bir şey qalmadığında, dırnaqlarınız lak üçün hazır deməkdir.

* Rəng zamanı! Fırçanın üzərinə kiçik bir miqdar lak alın və dırnağınızın ortasından başlayaraq boyayın. Fırçanız yalnız bu əməliyyatı nəticələndirəcək qədər lak daşımalıdır. Dırnaq kənarlarınıza da lazımlı zərbələri etdikdə işi bitirmiş olacaqsınız. Dırnaq, üç zərbədə tamamilə boyanmış olmalıdır. İkinci qatı çəkmədən əvvəl hazır olması üçün bir neçə dəqiqə gözləyin.

* Lak hazır olana qədər gözləyin (toxununca quru olmalı) və sonra ən üst qatı çəkin. Manikürünüzə həyat verəcəyi kimi dırnaqlarınızı da qoruyacağından, bu addımı atlamayın.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 5 508
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri