Dırnaqlara qulluq edilməsi

Müəllif: NoName
Şərhlər: 13
Baxılıb: 1811
Paylaş:
Səs ver:
(səs: 5)
Dırnaqlar ölmüş hüceyrələrdən - keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur.
Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kökü adlanır. Dırnağın kökünü kutikula adlanan nazik dəri qatı örtür. Dırnaq hüceyrələri onun alt qatında - matrisada formalaşır. Əgər matrisa ciddi zədələnərsə, dırnaq ölür.
Sağlam dırnaq elastik, kifayət qədər möhkəmdir, normal yağlılığa, hamarlığa, parıltıya malikdir, qırılmır və parçalanmır. O, rəngsiz və şəffafdır. Ona çəhrayı rəngi dırnaq yatağında yerləşən kapilyarlar verir. Adətən, 3 aya dırnaq 1 sm uzanır. 3-6 ay ərzində dırnaq tamamilə yenilənir. Dırnaqların vəziyyətinə insanın sağlamlığı, həmçinin spirtli içkilərin qəbul edilməsi, siqaret çəkmək kimi pis adətlər də təsir göstərir. Əgər hiss etsəniz ki, dırnaqlarınız çox pis uzanır, ovulur və s., o zaman həkimə müraciət edin, belə ki, bu hər hansı bir ciddi xəstəliyin (endokrin sistemı, böyrək və s.) əlaməti də ola bilər.
Sağlamlıqla bağlı problemlərdən başqa, dırnaqları onlara düzgün qulluq edilməməsi də korlaya bilər (keyfiyyətsiz dırnaq boyası və onu silmək üçün kosmetik vasitələrdən istifadə edilməsi, dırnaqların tez-tez uzadılması və s.). Dırnaqların parçalanması və qırılmasının digər səbəbləri irsi faktor, vitamin və mineral çatışmazlığı, mexaniki zədələr, bəzi dırnaq xəstəlikləri (məsələn, göbələk) ola bilər.
Dırnaqların möhkəm böyüməsi üçün düzgün qidalanmaq, həmçinin vaxtaşırı olaraq vitamin və mikroelementlər kompleksləri qəbul etmək lazımdır. Hal-hazırda satışda qadınlar üçün dırnaq və saçların vəziyyətini yaxşılaşdıran xüsusi vitamin kompleksləri vardır. Tərkibində keramidlər, vitaminlər və s. olan xüsusi yağlardan istifadə etməklə dırnaqlara yaxşı qulluq etmək olar.
Evdə dırnaqlara vannalar etmək də çox xeyirlidir. Az miqdarda zeytun yağını qızdırın, üzərinə bir neçə damcı yağlı vitamin A məhlulu əlavə edin, barmaqların ucunu bu qarışığın içərisinə salıb 10 dəqiqə saxlayın. Digər vanna - 1 çay qaşığı xörək duzunu ilıq suda qarışdırın, az miqdarda limon şirəsi əlavə edin.

loading...
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 1811
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
bir.g
Dirnaqlarimda problem yoxdu. cox uzun uzatmiram normal oldu

besdi...........
13 fevral 2016 10:30
13
Offline
vipbetul
dirnaqlarimda problem yoxdu
8 mart 2015 21:00
12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ece uslu
dirnaq uzatmiram
7 mart 2015 23:57
11
Offline
GünƏşimƏ_AiD_
fon seklindekindende uzun edirem dirnaqlarmi toya gedende.amma belenvcine ele fon sekildeki dirnaqlar kimi olur,hec sinmirda uzanib gedir.mende qulluq edirem..ela qalir uzun barmaqlarima
7 mart 2015 21:08
10
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
adsiz-a
dirnaqlarim uzun deyil,amma isterem uzansun alinmir
7 mart 2015 19:21
9
Offline
leyla_258
dirnaqlarim elede uzun deyil,yene de cox sagolun.
7 mart 2015 16:55
8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Şəbnəm Vüsal
axırıncını etmişəm.amma 3il qabaq 122 .....
7 mart 2015 15:59
7
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
isveç.de
Məndə Azərbaycan da olurdu prablem amma nədənsə isveçə gələni razıyamkomp
7 mart 2015 15:58
6
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
qanadli melek
Dirnaqlarim tez qirilir
7 mart 2015 13:14
5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
emis
vaxtin vaxtinda lazim olani edirem cox uzun xoslamrami
7 mart 2015 12:37
4
Offline
Tomris Müslümova
bir ara soyulurdu dirnaqlarim zeytun yagi duzlu su ile hecne qalmadi
7 mart 2015 12:29
3
Sən sadəcə mənimsən...!
Online
BARBI
Dirnaqlarim tez qirilir tez tez baxim edirem
7 mart 2015 10:42
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Faydalı məsləhətlərdi, dırnaqlarımla bağlı problemim yoxdu heç bir vasitədən istifadə etmirəm...
7 mart 2015 10:12
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv