Duzlu manikür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 922
Səs ver:
(səs: 7)
Gözəllik haqqında videolar axtararkən duzlu dırnaq manikürü edilməsi ilə rastlaşadım. Həm çox ləvazimat tələb olunmur, ucuz və sərfəlidi. Mən çox bəyəndim, sizlərə duzlu manikür necə edilir qısaca izah edim:

1. İlk əvvəl dırnaqlarınızı istədiyiniz dırnaq boyası ilə rəngləyin.

2. Ya təkcə sadə boya istifadə edin ya da hər barmağınıza  bir rəng vurun.

3. Bir kağız parçasının üzərinə  bir qədər iri dənəvər duz tökün.

4. Daha sonra dırnaqlarınıza rəngsiz dırnaq boyası çəkin.

5. Dərhal dırnaqlarınızın hər yerinə kağızın üzərinə tökdüyünüz duzu səpin.

6. İncə şəkildə dırnaqlarınızın üzərindəki duzu basın ki, dırnaqlarınıza yaxşı yapışsın.

7. Sonra əlinizi tərsinə çevirib əlinizi çırpın, artıq duzlar tökülsün, bunu hər iki əlinizdəki dırnaqlar üçün bir-bir edin.

8. Dırnaqlarınızın tamamilə qurumasını gözləyin.

9. Və nəhayət, manikürü tamamlamaq üçün dırnaqlarınıza rəngsiz dırnaq boyası çəkin. Bu duzun xarici təsirlərdən əriməsinin qarşısını alacaq.
(səs: 7)
Şərhlər: 10
Baxılıb: 5 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri