Manikürlü dırnaqlar

Müəllif: Qlamurr
Şərhlər: 10
Baxılıb: 5 705
Səs ver:
(səs: 5)
Ən yaxşı zaman duş sonrası olduğunu unutmayın.Dırnaq boyasını təmizlədikdən sonra yumşaq və parlaq dırnaqlara sahib olmaq üçün əllərinizi limonla ovuşturun.İlıq süddə 5-10 dəqiqə tutaraq,südün içində olan laktik asidin dərinizi nəmləndirməsinə şərait yaradın.
Əgər dırnaqlarınıza dırnaq boyası çəkirsinizsə,təmizləmək üçün istifadə etdiyiniz aseton və oxşar kimyəvi maddələrdən həftədə bir dəfədən artıq istifadə etməyin. Getdiyiniz gözəllik salonlarında manikür və pedikür alətlərinin bakteriyalarını öldürməyə yarayan steril təmizləmə alətlərinin mövcud olduğundan əmin olun. Dırnaqlarınızın ətrafını çərçivələyən dərini qobartmayın,kəsməyin,parçalamayın.Bu dırnağın infeksiyaya yoluxmasına gətirib çıxara bilər.Bu ətləri taxta çubuq istifadə edərək geriyə doğru astaca itələyin.Bu prosesi əllərinizi isti su ilə yuduqdan sonra edin,çünki bu zaman ətlər daha yumşaq olacaq və bu da işinizi daha asan edəcək. Əllərin gözəl görünməsində dırnaqlarında böyük rolu var .Dırnaqlar sağlamlığımız barədə da məlumat verə bilər.Sağlam dırnaqlara sahib olmaq üçün isə ilk növbədə süd məhsullarından ,qırılan dırnaqlara qarşı isə qoz və yer fıstığından müntəzəm istifadə etmək məsləhətdir. manikürlü qadın dırnaqları Ev şəraitində onlara qulluq etmək üçün müxtəlif üsullardan istifadə olunur: Əl və dırnaqların bir " dost"u da limon suyudur. Müəyyən müddətdən bir dırnaqlar limon suyu ilə silinməlidir.

Mütəxəsislər saralan dırnaqları ortadan kəsilən limonun içinə batırmağı , tez qırılan dırnaklar isə bir həftə lak çəkmədən təbii kremlərdən istifadə etməyi məsləhət görürlər. Yarım çay qaşığı kaşığı sirkə, bir yumurta sarısı və iki xörək qaşığı ananas suyu bir qabda qarışdırılır. Dırnaklar bu məhlulun içində beş dəqiqə saxlanıldıqdan sonra yuyulur.  Dırnaqlardakı lak aseton batırılmış pambıqla silinir. Aseton artıqlarını təmizləmək üçün əllər yuyulur və beş dəqiqə sabunlu ilıq suda saxlanılir. Əllər qurulanıb artıq dırnaq ətləri geri itələndikdən sonra yenidən qurulanıb lak çəkilə bilər.  Dırnaqlara düşən mürəkkəb və bu kimi ləkələri çıxarmaq üçün istifadə olunmyan di. fırçasına az miqdarda diş pastası vurub dırnaqları incə bir şəkildə fırçalamaq lazımdır. Bu zaman ləkələır asanlıqla çıxır. Baxımlı və gözəl olmağın əsas şərtlərindən biri də manikür və pedikürdür. Xüsusilə əllər ünsiyyət əsnasında ən əhəmiyyətli ünsürlərdən biridir. Hər cür xarici faktora məruz qalan əllərimizin etinalı bir baxıma ehtiyacı vardır. Əllər yuyunduqdan sonra nəmləndirici istifadə edilməlidir. Davamlı qırılan və ayrılan dırnaqlar, bəsləyici baxımlar ilə gücləndirilməlidir. Pedikür isə xüsusilə böyük əhəmiyyət daşıyar. Qışda davamlı bağlı ayaqqabılar içində hava almayan (götürməyən) ayaqlarımızın sağlam və xoş görünməsi üçün pedikürə ehtiyac vardır. Batan ayaq dırnaqları bağlı ayaqqabılar içində qaldıqca böyük problemlərə gətirib çıxarar. Zərif, düz, baxımlı əl və ayaqlar üçün 2-3 həftədə bir manikür və pedikür etdirilməlidir.
Manikür və Pedikür alətləri ortaq işlədilməməli!

Dırnaq baxımı təmizliyin də ən önəmli bir parçasıdır.Sağlıqlı və gözəl dırnaqlara malik olmaq düzgün edilən manikür və pedikür ilə mümkündür. Ancaq ortaq istifadə olunan alətlər sağlıq üçün uyğun deyil. Diş fırçası  insana  nə qədər özəldisə manikür və pedikür alətləri də özəl olmalıdı.Gözəllik salonlarına gedərkən ya şəxsi manikür və pedikür alətlərinizi aparın ya da tək istifadə olunası alətlərdən istifadə olunmasını söyləmək lazımdır. Həmkinin manikür və pedikür işinin ustası olan insanlara elətdirilməlidir. Həmçinin manikür və pedikür alətləri mütləq sterilizə edilməlidir. Sağlıqsız olunan manikür və pedikür Hepatit B yə və bir çox başqa xəstəliklərə gətirib çıxarda bilər.
Sterilizə edilməmiş manikür və pedikür alətlərindən ən çox  keçən xəstəlik Dırnaq göbələyi xəstəliyidir. Bu xəstəliyin müalicəsi çox uzun çəkir.
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 5 705
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri