Dırnaq boyasından istifadə etmənin zərərləri nələrdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 619
Səs ver:
(səs: 4)
Bir çox qadın dırnaqlarında müxtəlif rənglərdə dırnaq boyaları istifadə edir və görünüş baxımından bu dırnaq boyaları qadınlara dəyişiklik, xüsusi bir görünüş qazandırar kimi görünür, amma dırnaq boyasından istifadə etmənin bir çox zərəri vardır. Ən əhəmiyyətlisi də infeksiyaya səbəb olmasıdır.

Dırnaqlar üçün qidalanma əhəmiyyətlidir
Bədəndə meydana gələn dəmir, sink, folik turşu və B 12 vitaminlərinin əksikliyi vəziyyətində dırnaqlarda bir sıra pozuqluqlar meydana gəlir. Dırnaqlarda qırılma, kobudlaşma, çatlama kimi vəziyyətlərə səbəb ola bilən bu əksiklikləri aradan qaldırmaq üçün qidalanmaya də diqqət yetirmək lazımdır. Qırmızı ət, süd və süd məhsullarıyla dəniz məhsullarının dırnaq sağlamlığı üçün yeyilməsi vacibdir. Lakin qidalanmanın kafi olmadığı vəziyyətlərdə bu əksiklikləri qarşılamaq məqsədiylə vitamin qəbuluda vacibdi.

Əl kremindən istifadə edilməlidir
Dırnağın yüzdə 18i sudan meydana gəlir. Su quruluşunu normada saxlamaq üçün də nəmləndirici balzam növlü kremlərdən istifadə edilməsi təklif edilir.

Manikur pedikura diqqət yetirin
Dırnaq xəstəliklərinin qarşısını almaq üçün manikur və pedikura da diqqət yetirmək lazımdır. Çünki dırnaq xəstəliklərinin böyük əksəriyyəti manikur və pedikurdan keçir. Dırnaq baxımını etdirdiyiniz yerin təmizlik qaydalarına riayət edib-etməmələrinə nəzarət etməniz və mümkün olduğu qədər dırnaqlarınızla oynamamanız lazımdır.

Dırnaq boyası infeksiyaların meydana gəlməsinə səbəb olur
Kosmetik məhsulların çox böyük bir qismi dəriyə zərər verir. Dırnaq boyaları da bu məhsullardan biridir. Hər nə qədər dırnaq boyaları gözəl bir görünüş yaratsa da, dırnağı havasız buraxar və bəzi infeksiyaların meydana gəlməsinə fürsət yaradar.
Ağ nöqtələrin vitamin əksikliyiylə əlaqəsi yoxdur

Dırnaqların üzərində bəzən ağ nöqtələr görünə bilər. Xalq arasında vitamin əksikliyi olaraq qiymətləndirən bu vəziyyət dırnağın içərisinə hava qabarcıqlarının girməsiylə meydana gələr.

Lakin bunun vitamin əksikliyiylə heç bir əlaqəsi yoxdur. Narahatlıq yaradacaq bir vəziyyət də meydana gətirmir. Ancaq görünüş etibar ilə insanları narahat edirr. Hətta bəzən dırnağın tamamilə ağarmasına da gətirib çıxarır. Lakin, bu ağlanmadan qorxulmamalıdır, bu vəziyyətin də hər hansı bir zərəri yoxdur.

Şeytan dırnağı deyib keçməyin
Şeytan dırnağı adamın quruluşu və dırnaqla çox oynanmasına ilə bağlı olaraq ortaya çıxar. Lazımlı müalicə edilməzsə mikroba bulaşıb dolamaya da çevrilə bilər.

Daxili xəstəliklər dırnaq pozulmalarına səbəb ola bilər
Bəzən daxili orqanların xəstəlikləri, romatizma xəstəlikləri, ürək, qaraciyər və ağciyər xəstəlikləri ilə bağlı dırnaqlarda bəzi pozulmalar ola bilər. Dırnağın bəzən də genetik olaraq kiçik qalması ya da batıq çıxması vəziyyəti ilə də rastlaşmaq olar.

Müalicəsi ən çətin olan göbələklər: Dırnaq göbələkləri
Dırnağı xəstələndirən ən əhəmiyyətli səbəblərin başında göbələklər gəlir. Dırnaq xəstəliklərinin yüzdə 60-ı göbələklərdir. Dırnağın sərbəst kənarından girir. Yaşlıq, nəmlilik, qaranlıq, bağlılıq, dar ayaqqabı, zədə ya da sıxışmaqla, başqasının ayaqqabısını geyinməklə, və manikur-pedikurla bədənə girir. Əgər insanın bədən müqaviməti aşağıdırsa, şəkər xəstəsidirsə, uzun müddət antibiotik istifadə edibsə bu mikrobların bədənə girməsinə şərait yaradar.

Bu göbələklər dırnaqda qalınlaşma, qırılma, saralma və xəttlənmə yaradır. Göbələklərin batması vəziyyətində isə dolama meydana gəlir. Bu cür göbələklər əldən çox ayaqda yaranır. Müalicəsi ən çətin olan göbələk, dırnaq göbələkləridir.

Sağlam dırnaqların sirri
Həm gözəl görünüşlü, həm də sağlam dırnaqlara sahib olmaq üçün bəzi tədbirlərə əməl etmək lazımdır. Sağlam dırnaqların sirri:

- Dırnaqları qısa kəsmək lazımdır.
- Manikur və pedikura diqqət yetirmək lazımdır.
- Əlləri və ayaqları nəmli saxlamamaq lazımdır.
- Dırnaq yemək infeksiyalar meydana gəlməsi üçün fürsət yaradır.
- Həddindən artıq antibiotik qəbulu dırnaq quruluşunu pozur.
- Başqalarının başmaq ya da ayaqqabılarını geyinmək təhlükəlidir.
- Qidalanmaya diqqət yetirmək, ət, süd və balıq məhsullarından istifadə etmək lazımdır.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri