Dırnaq boyası çəkməyin incəlikləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 179
Səs ver:
(səs: 5)
Dırnaq boyası çəkmək şəxsən mənim ən yaralı yerimdir. Hətta bu bacarıqsızlığıma görə 1 ildir ki, rəngsiz dırnaq boyasından istifadə edirəm. Nəhayət, dərdimin dərmanını tapdım. Bu gün sizlərə çox gözəl boya çəkməyin qaydasını göstərəcəyəm.

Əllərimizi əvvəlcə manikur edib isti suda 10 dəqiqə gözlədirik. Daha sonra nəmləndirici sabunla yuyub, yaxşıca qurulayırıq.

Dırnaqlarımız parlasın deyə 1-ci qat rəngi görünməz boyadan istifadə edirik.

Daha sonra üzərinə seçdiyimiz rəngi çəkirik. Əvvəlcə tam ortadan başlayıb daha sonra dırnağın soluna çəkirik. Daha sonra sağına çəkib bitiririk.

2 dəqiqə sonra sonuncu - 3-cü qat çəkilir. Dırnaqlarınızın kənarlarına bulaşmasın deyə 1-ci qat boyanı dırnaqlarınızın kənarına da çəkin. Daha sonra üzərinə boya yapışsa belə siz onu asitonla silərək həll edirsiz.

Dırnaqlarınıza boyanı çəkdikdən sonra buzla dolu bir qaba əllərinizi salıb, qurudun. Bu dırnaqların daha uzun müddətli parlamağına kömək edəcəkdir.
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 5 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri