Tez dırnaq uzatmağın asan yolu..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 62 536
Səs ver:
(səs: 20)
"Uzun dırnaq istəyirəm, amma dırnaqlarım gec uzanır" deyənlər, tez dırnaq uzadan və dırnaq gücləndirən çox pratik bir üsul.

Parladıcı lakınızın içinə bir neçə damla limon suyu sıxın və yüngüldən çalxalayıb dırnaqlarınıza çəkin. Beləcə dırnaqlarınız həm tez uzanacaq, həm də güclənmiş olacaq və qırılmayacaq.

Ayrıca limon eyni zamanda saralan və rəngi dəyişən dırnaqlara da yaxşı təsir göstərir.

Dırnaqların da qulluğa ehtiyacı var...

Baxımlı bir qadın olmaq üçün, yalnız dəri və saç qulluğu bəs deyil. Qadın, saçından dırnağına qədər baxımlı olmalıdır.
Yumşaq əlləri necə əldə etmək olar: Əllər quruyur və çatlayır. Buna görə gündə bir neçə dəfə əl kremindən istifadə etməyə laqeyd yanaşmayın. Bunun üçün vitamin tərkibli və nəmləndirici kremlərdən istifadə edin.

Rəngli lak istifadə edəndə içindəki rəng pigmentleri dırnaqlarınızın içinə nüfuz edər, bu da dırnaqlarınızın saralmasına səbəb olar. Buna görə lak çəkmədən əvvəl bir qat qoruyucu çəkin.

Lakınızı qoruyun:
Lakınızın dayanıqsızlığından rəngini və parlaqlığını dərhal itirməsindən şikayət edirsinizsə, mütləq bir qoruyucu istifadə etməlisiniz.

Vitamin:
Unutmayın, sağlam və güclü dırnaqlara sahib olmağın yolu düzgün qidalanmaqdan asılıdır. Bunun üçün; meyvə, tərəvəz, yumurta, fındıq və balıq kimi dırnağa xeyirli qidalar yeyin.
(səs: 20)
Şərhlər: 4
Baxılıb: 62 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri