Mövsümün manikür dəbindən xəbərdar olun

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 6 614
Səs ver:
(səs: 2)
Bu mövsüm həmişə olduğu kimi açıq rənglər üstünlük təşkil edəcək.  Xüsusən də iki müxtəlif rəngin birləşməsindən ibarət fransız manikürü çox aktualdır. Klassik fransız maniküründən fərqli olaraq dırnaq uclarında qırmızı və ya qara kimi rənglər təklif olunur. Mat və parlaqlığın dırnaqda birləşməsi də çox aktualdır.

Əgər barmaqlarınız qısadırsa və siz dördkünc dırnaq formasını sevirsinizsə, o zaman heç düşünmədən fransız manikürü ilə bu problemi aradan qaldıra bilərsiniz. Toppuş barmaqlı ələ sahib olan xanımlar dırnaqlarını oval şəkildə manikür etsələr, əlləri zərif görünəcək.

Uzun və incə barmaqlı xanımlar dördkünc-oval qarışıq dırnaq forması ilə əllərinə xüsusi görünüş verməklə, mövsümün mükəmməl obrazını tamamlayacaqlar.

Əgər dırnaqlarınız qırılırsa və yaxud formasında problem varsa, o zaman siz taxma dırnaqlardan istifadə edə bilərsiniz. Dəb diktatorları taxma dırnaqları qəbul etməsələr də, özəl günlər üçün bunlar hələ də keçərlidir. Lakin bu il həm də qısa dırnaqlar dəbdə olduğu üçün sadəlik gözəllikdir deyib, təbii dırnaqlarınızı paltarınıza uyğun tonlarda bəzəyə bilərsiniz.

Xatırladaq ki, bu il nanə yaşılı, açıq çəhrayı, mavi, sarı, metal, bej və həmişə dəbdə olan ağ-qara rənglər də göz oxşayacaq.

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 9
Baxılıb: 6 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri