Əllərə qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 107
Səs ver:
(səs: 1)
Əlinizin dərisi düşündüyünüzdən daha zərif və həssasdır. Qışın soyuğu və yayın istisi onların qabıqlanmasına, qaralmasına səbəb olur.

Əllər həmçinin hər zaman göz önündə olduğu üçün onun baxımına xüsusi diqqət etməlisiniz. Diyeta vaxtı bədəndəki minerallar azaldığından dırnaqlarınız asanlıqla yumşalır və qırılır.

Kosmetoloq və dermatoloqların fikrincə, manikür etməzdən öncə əllərinizi ilıq və sabunlu suda gözlədin. Bu zaman dırnaqlarınız yumuşalacaq və daha asan şəkil alacaq.eller

Dırnaq boyasını təmizlədikdən sonra yumuşaqlıq və parlaqlıq qazanmaları üçün, dırnaqlarınızı limonla ovun. Dırnaq ətlərinizi kəsmək yerinə, dırnaq çubuğu ilə dibə doğru itələyin və elə təmizləyin. Əllərinizə nəmləndirici tətbiq etməyi unutmayın. Əllərinizi son dəfə ilıq suda saxladıqdan sonra nəmləndirici tətbiq edin. Ardınca dırnaq boyasını çəkin. Əgər boyanın daha tez qurumasını istəyirsinizsə, əllərinizi buzlu suda gözlədin.

Gecə yatmazdan öncə əllərinizi zeytun yağı ilə doldurulmuş qabda saxlayın. 10 dəqiqə gözlədikdən sonra çıxardın və qurulayın. Pambıq əlcəkləri taxıb yatın. Səhər oyandıqda əllərinizin həmişəkindən daha yumuşaq olduğunu görəcəksiniz.

Bir qabın içinə bir miqdar küncüt yağı əlavə edin və bir limonun yarısını sıxın. Yaxşıca qarışdırdıqdan sonra dırnaqlarınıza çəkin. Bu dırnaqlarınızı qidalandıracaq və gücləndirəcək.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri