Payız manikürünün əsas tendensiyaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 172
Səs ver:
(səs: 2)
Qarşıdan gələn payız öz eksperimentləri ilə manikür dəbinə də təsir göstərir.

Bu yazıda modapərəst xanımlar payızın manikür dəbi ilə yaxından tanış ola bilərlər.

Həndəsi
Bu payız həndəsi xətlər manikürdə də hiss olunacaq. Mütəxəssislər manikürdə əvvəlcə rəngi seçməyi, teksturanı sonra müəyyənləşdirməyi məsləhət görürlər. Zolaq, üçbucaq, kvadratlar formasında naxışlar çox dəbdədir. Məsələn, "Christian Louboutin”, "Kenzo” kimi  markaların payız kolleksiyasını da həndəsi naxışlar təmsil edir.

Zoğalı
Bu payız, əlbəttə ki, zoğalı boya olmadan ötüşməyəcək. Yeni mövsümdə zoğalının qaraya çalan tonları daha aktual olacaq. Bu rəngin ən gözəl çalarlarını, əsasən, "Giorgio Armani”, "Derek Lam”, "Rebecca Minkoff” kimi markalardan əldə edə bilərsiniz.

Metal parıltısı
Son vaxtlar o qədər də məşhur olmayan metal rəngli laklar yenidən dəbə qayıdır! Əsas qayda: rəngli laklar qısa dırnaqlara daha çox yaraşır. Bir də çalışın ki, onların əsasən, sakit, neytral və mirvari tonlarını əldə edəsiniz.

Boz
Ən gözəl payız rəngi sözsüz ki, bozdur. Bu payız dırnaqları bozun yumşaq çalarları  bəzəyəcək. Əslində, bozun hansı çalarının olmasının fərqi yoxdur. Sadəcə, dırnaqlarınıza və əlinizə yaraşan tonu seçməlisiniz.

Açıq qəhvəyi
Qəhvəyinin açıq tonları hazırda aktual olan təbii  makiyajla yaxşı uyğunlaşacaq. Payız üçün ən sakit tonları seçin.

Yaşılın tünd çalarları
Yeni mövsümdə yaşılın bir çox çalarları təklif olunub. Gözəllik mütəxəssisləri isə yaşılın ən çox tünd və zümrüd rənglərinin dəbə minəcəyini proqnozlaşdırır. Yaşılın qeyri-adi çalarlarına isə "Nicole Miller”, "Desigual”, "Preen” markalarının payız kolleksiyalarında rast gələ bilərsiniz.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri