Manikürun uzun müddət qalması üçün nə etmək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 379
Səs ver:
(səs: 0)

Yeni manikür dırnaqlarda mükəmməl görünür. Amma onun rəngi günbəgün solur, lak çatlayır və ya laylanır, nəticədə isə dırnaqlar baxımsız görünür. Bəs manikürun uzun müddət qalması üçün nə etmək lazımdır?

Lakın qurumasını gözləyin

Lakın dırnaqlarda ən azı bir həftə qalması üçün o tam olaraq qurumalıdır. Qurutma prosesini sürətləndirmək üçün, əllərinizi bir neçə dəqiqəlik sərin suya salın, bu zaman lak örtüyü daha sürətli quruyub bərkiyəcək.

Kutikul pərdəsinə yağ çəkin

Kutikul pərdəsi üçün nəzərdə tutulmuş yağ yalnız onun özünü deyil, həm də dırnaq lövhəsini yumşaldır. Dırnaq nə qədər elastik olarsa, dırnaq boyasının dırnaqlardan qopma ehtimalı o qədər də aşağı olar.
Əgər siz duş almamışdan əvvəl kutikul pərdəsi üçün nəzərdə tutulmuş xüsusi vasitədən istifadə etsəniz, bu zaman manikürünüz daha uzun müddət qalacaq, çünki rütubət (lakın əsas düşməni olduğu vasitə) onun manikürə təsirini azaldacaq.

Dırnaq örtüyünü daim yeniləyin

Hər 2 gündən bir dırnaqlarınıza şəffaf boya çəkin ki, dırnaq boyanız parıltılı olsun və manikürünüz daha uzun müddət qalsın. Tez quruyan vasitələrdən özünüzü qoruyun, onlar tamamilə incə qatla çəkilir və dırnaq boyasını zədələrdən xilas etmir.

Gözəllik salonlarına etibar etməyin

Bəzi salonlar quruyan dırnaq boyalarına durulaşdırıcı maddələr əlavə edirlər ki, bu da örtüyün uzun ömürlüyünə təsir edir. Ustaya etibar etmirsinizsə manikürə öz lakınız ilə gedin.

Düzgün vasitələri seçin

Əksər antibakterial vasitələrin tərkibində olan spirt, lak örtüyünün rəngini tutqun edir.
Dırnaqlarınızı rütubətdən qoruyun.
Əgər manikürü özünüz edirsinizsə, bu zaman dırnaqlarınızın quru olmasına diqqət edin.

Korreksiya variantları:

Əgər yalnız bir dırnağınızdakı lakın qırağı qopubsa, bu zaman manikürə yazılmağa tələsməyin. Zərər çəkmiş dırnağın kənarlarını bir az pilkalamağa cəhd edin. Çalışın alət ilə bir istiqamətdə işləyəsiniz.

Başqa variant kimi çatlamış sahəyə parlaq lak örtüyü çəkə bilərsiniz, daha dəqiq onu bütün boş yerə çəkərək dəbli frenç manikürunu təsvir etmək olar. Bu zaman müvafiq olaraq, bütün dırnaqlarınızı bu qaydada boyamalı olacaqsınız.

Əgər bərpaedici prosedurlar ilə məşğul olmağa həvəsiniz yoxdursa, bu zaman zədələnmiş dırnağı sadəcə dırnaq boyasının bir zolağı altında gizlədə bilərsiniz. Simmetriya üçün o birisi əlinizin eyni barmağın dırnağına da belə zolaq çəkə bilərsiniz.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 379
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri