Evdə manikür etməyin asan yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 371
Səs ver:
(səs: 2)
Dırnaqlar üçün düzəldilmiş xüsusi taxta tirlər köməyi ilə dırnaq ətlərini geriyə doğru yüngülcə itələyin. Bu çubuğun ucuna dırnaq ətrafı dəri üçün losyon damcılasanız daha yaxşı olar.
Cüt tərəfli bir pilka istifadə edərək, yumşaq hərəkətlərlə dırnaqlarınıza forma verin. Doğru yonub yonmadığını öyrənmək üçün dırnaqlarınızı köhnə kapron corab üzərində gəzdirin. Əgər dırnaqlarınız ilişmirsə düzgün yoldasınız.
Yonma prosesi bitdikdən sonra əllərinizi isti suda 15 dəqiqə saxlayın. İçinə də bir miqdar şampun və ya yarım limonun suyunu əlavə edin. Ətiniz yumşaldıqdan sonra əllərinizi sudan çıxarın.
Bir kremlə dırnaqlarınızı masaj edin. Dırnaqlarınızın kənarındakı artıq çıxıntı ətləri kəsin. Bunun üçün xüsusi manikür qayçısına ehtiyacınız olacaq. Çox yavaş hərəkətlərlə etsəniz, zərər verməmiş olarsınız.
Asetonlu pambıqla bütün dırnaq səthini təmizləyin. Bir qalıq olub olmadığına əmin olun. Heç bir şey qalmayıbsa dırnaqlarınız lak üçün hazır deməkdir.
Rəng zamanı! Fırçanın üzərinə kiçik bir miqdarda lak alın və dırnaqlarınızın ortasından başlayaraq boyayın. Dırnaq üç toxunuşda tamamilə rəngə boyanmış olmalıdır.

İkinci dəfə lak çəkməzdən əvvəl bir neçə dəqiqə gözləməyi unutmayın.

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 371
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri