Əllərə və dırnaqlara qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 748
Səs ver:
(səs: 1)
Qulluq olunmuş əllər və dırnaqlar bizim haqqımızda ilk təəssüratı yaradır, çünki əllər qadının vizit kartıdır. Əllərinizin və dırnaqlarınızın vəziyyəti sizin səliqənizi, özünüzə münasibəti vurğulayacaq və bununla da əhatənizdəkiləri sizə hörmətlə yanaşmağa məcbur edəcək.

Əllərə gündəlik qayğı göstərilməlidir. Əllərin dərisi gün ərzində müxtəlif maddələrlə əlaqədə olur, buna görə iş şəraitinizə diqqət edin. Kimyəvi maddələr, həlledicilər, qatranlar və başqa maddələr, həmçinin su ilə sıx təmas dırnaqların və əllərin dərisinin vəziyyətinə təsir edir. Keyfiyyətsiz dırnaq boyası da həmçinin eyni təsirə malikdir. Buna görə belə iş vaxtı rezin əlcəklərdən istifadə edin, işinizi bitirdikdən sonra isə əllərinizi yuyub qidalı krem çəkin.

Əgər sizin əl və dırnaqlarınız ilə problemləriniz varsa və bu problemlərin sizin işinizlə əlaqəsi yoxdursa, əgər dırnaqlarınız öz təbii rəngini itiribsə, çatlayır və tez qırılırsa – bu o deməkdir ki, siz sağlamlığınızı təcili olaraq yoxlatmalısınız.

Bəs dırnaqlar necə olmalıdır? Bərk, çəhrayı və hamar!
Kövrək və tezsınan dırnaqları xüsusi maskalar edərək bərkitmək olar. Bunun üçün ilıq bitki yağına A vitamini (yağ formasında), 5 damcı limon şirəsi və ya 3 damcı yod əlavə edin və dırnaqlarınızı bu məhlulun içində 10 dəqiqə saxlayın. Bu vannanı həftədə 1-2 dəfə etmək olar.dirnaq-laki

Dırnaqları və onların ətrafındakı dərini yaxşılaşdırmaq üçün limon və ya mərcanı şirəsi, qara və ya qırmızı qarağat, xörək sirkəsindən istifadə etmək olar. Bir gün sonra dəniz duzundan vannalar hazırlamaq faydalıdır. Dırnaqlarınıza xarici qulluqdan başqa, onları qidalandırmaq da onları gözəl və möhkəm edəcək. Bunun üçün zülallar, mineral duzlar, A və D vitaminləri ilə zəngin məhsullardan istifadə etmək lazımdır.

Manikür dırnağın zahiri görünüşünü yaxşılaşdırır, amma vaxtaşırı dırnaqlarınızı boyasız saxlayın ki, onlar bir az "nəfəs alsınlar”, gün işığından "qidalansınlar”.

Əgər ağappaq əllərə malik olmaq istəyirsinizsə, bu zaman növbəti reseptlərin birindən istifadə edə bilərsiniz:
Hər axşam bərabər hissələrdə nişasta və qliserinin qarışığı ilə masaj edin.
Əllərin dərisinin ağardılması üçün süd və qaynadılmış kartof qarışığından istifadə etmək olar. Bunun üçün qeyd olunmuş inqrediyentləri xama halına qədər qarışdırın və əl dərinizə çəkib 5 dəqiqə saxlayın. Maskanı sonra su ilə yuyub və əllərə krem çəkmək lazımdır. Bu maskadan həftədə 2 dəfə istifadə edin.
Əgər əlinizdə qabarlar yaranıbsa, bu zaman gündəlik sodalı vannalar kömək edəcək. Prosedurun sonunda əllərinizə krem çəkin.
Süd zərdabı və ya qatıq da əl dərisinə yaxşı təsir edir. Bunun üçün əlinizi 10-15 dəqiqə ərzində südün və ya qatığın içində saxlamaq, sonra ilıq su ilə yaxalayıb yumşaq dəsmal ilə qurutmaq və qoruyucu krem çəkmək lazımdır.
Əl dərisini həmçinin xama ilə qarışdırılmış xiyar şirəsi də ağardır. Bunun üçün sadəcə orta ölçülü xiyarı sürtkəcdən keçirmək, onu xama ilə qarışdırmaq və əl dərisinə çəkmək kifayətdir. 15-20 dəqiqə sonra sabunsuz ilıq su ilə yaxalamaq, qidalı krem çəkmək lazımdır.
Əllərin soyuqdan müdafiəsi

1. Şaxtalı havada mütləq əlcək geyinin.
2. Müxtəlif yuyucu vasitələrlə iş vaxtı rezin əlcəklərdən istifadə edin.
3. Su və ya soyuq hava vaxtı əlləri qızartıdan və qurumadan qorumaq üçün qoruyucu kremdən istifadə edin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri