Lak sürtmənin zərərlərini sizlər üçün araşdırdıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 519
Səs ver:
(səs: 2)
Qadınların imtina edə bilmədiyi rəngbərəng laklar əslində nə qədər zərərli olduğu, çox maraqlanılan bir mövzu deyil. Ancaq kosmetik məhsullar içərisində ən çox lak sürmək zərərlidir. 7-dən 70-ə bütün yaşdakı qadınların çoxu laklı dırnaqlara huşunu itirər.

Lak sürtmənin zərərlərini sizlər üçün araşdırdıq. Kosmetik məhsulları içərisində ən çox toksini laklar təşkil etməkdədir. Formaldehit , ftalat maddələri lakların içərisində var və biz qadınlar, lak sürtdüyümüzdə dırnaqın üst layını bu qatqı maddələri ilə örtməkdəyik. Bu maddələr endokrin və sinir sisteminə zərər verərək korlamağa başlayar.

Formaldehit nədir?
Saf formaldehit, rəngsiz və zərərli bir qazdır. Ftalat isə ümumiyyətlə plastik məhsulların elastikliyini artırmaq üçün istifadə edilən kanserogen maddələrdir. Laklarda da qatqı maddəsi olaraq istifadə edilməkdədir. Lak xaricində, digər kosmetik məhsullarında istifadəsində ftalata rast gəlinməkdədir.

Lak istifadəsində aseton və toluen də zərərli maddələr içərisində iştirak etməkdədir. Bu maddələrdə rənglərin maye şəkildə qalmasını təmin edər ancaq sürətli bir şəkildə buxarlaşaraq, hava yolu ilə çox miqdarda toksin tənəffüs etməmizə səbəb olar və tənəffüs yolları sistemimizə zərər verərlər.

Lak sürtmək çox təəssüf ki zərərlidir. Ayrıca lakı uzun müddət dırnaqlarda saxlamaq, çox daha zərərlidir. Tez-tez lak sürtmək yerinə arada bir dırnaqları istirahət etdirmək və nəfəs almalarını təmin etmək lazımdır və yenə bu zərərlərin qabağına keçmək üçün aseton seçiminizədə diqqət yetirməlisiniz. Dırnaqları qurudan asetonlar yerinə nəmləndirici xüsusiyyəti olan asetonları seçmənizi təklif edərik.Dırnaq lakı

Hamiləlik dövründə hər mövzuda çox daha diqqətli olmaq lazım olduğunu hamımız bilirik. Bu səbəbdən lak və aseton içərisində olan toksinləri hamilə olduğumuz zaman tənəffüs etməyin zərərləri yalnız sizə deyil körpənizə də keçərək, körpənin sağlamlığı baxımından risk meydana gətirməkdədir. Uşaqlara qəti sürətdə lak sürtməyin. Onların sağlamlığına bilmədən ziyan vurursunuz…

Lak sürtmək gözəldir amma zərərlərindən əlimizdən gəldiyi qədər qaçaraq sağlamlığımızında qeydinə qalmalıyıq…
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 519
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri