Şellak nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 70 809
Səs ver:
(səs: 4)
Gözəl manikür hər bir xanım üçün əvəzolunmazdır. O bəzən qadının daxili dünyasını və reallığa baxışlarını əks etdirir. Şellak – aktiv həyat tərzi sürən və vaxtına dəyər verən xanımlar üçün yaranmış bir innovasiyadır.

Shellac
– Creativ Nail Design şirkəti tərəfindən yaradılmış gel-boyadır. O, xüsusi olaraq, tez quruyan, uzun müddət ərzində qalan maniküra üstünlük verən xanımlar üçün yaradılmışdır. Bu gün, dünyada yeganə olaraq dırnaq boyası və gelin hibridi olan Shellak, dırnaqları bərkitmək üçün istifadə olunan vasitələrdən biridir. Kosmetologiyada yeni yaranmış bir termin olmasına baxmayaraq artıq geniş istifadə olunur.

Şellak – nazik, çatlayan və ya tez sınan təbii dırnaq sahibələri üçün mükəmməl manikür variantıdır. Öz unikal tərkibi sayəsində o həqiqətən təbii dırnaqları bərkidir, dırnaqların sınmasının qarşısını alır və xarici təsirdən etibarlı müdafiə edir.
Yeni lak örtüyü iki həftə boyunca dırnaqlarda qalıb qopmadığına, çatlamadığına görə manikür və pedikür üçün mükəmməl və ideal vasitə hesab olunur. Bəzi hallarda ayaqlarda pedikür hətta 4-5 həftəyə qədər qala bilər.

Şellak örtüyü hər hansı bir qoxuya malik olmadığına görə nə manikür ustasını, nə də ki müştərini narahat etmir. Həmçinin, digər dırnaq boyalarından fərqli olaraq, Şellakın tərkibində toluol, dibutilftalat, formaldehid olmadığı üçün, o tamamilə allergiya yaratmır.

Şellak sadə istifadə oluna bilən, dırnaqlarda çox qala bilən, lazım olduğu halda dırnaqlardan tez silinə bilən prinsipləri ilə yaradılıb. O asan, sadə dırnaq boyası kimi çəkilir və iki dəqiqə ərzində xüsusi lampalar vasitəsi ilə ultrabənövşəyi şüaların altında sadə gel kimi qurudulur.

Şellak boyasını dırnaqlardan çıxartmaq üçün, süni dırnaqların silinməsi zamanı istifadə olunan vasitənin köməyi ilə 10 dəqiqə ərzində silmək mümkündür.
Şellakla iş texnologiyası inanılmaz dərəcədə sadə və rahat olduğu üçün, dırnaq boyaları ilə işləyə bilən hər kəs bu texnologiyanı öyrənə bilər.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 70 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri