Krujevalı manikür

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1254
Paylaş:
Səs ver:
(səs: 3)
Krujevalı dırnaq dizaynı kifayət qədər asandır. Bu üsul əsasən akril və ya gel vasitəsi ilə qaynaq olunmuş dırnaqlar üçün ideal variantdır. Qaynaqdan sonra dırnağın müəyyən bir hissəsinə krujevalı parçadan kəsilmiş bir element qoyulur, və üstündən xüsusi lak çəkilir. Dırnaqların gözəl görünməsi üçün, dırnağın bütün səthini bəzəmək lazım deyil. Əsasən tünd rənglərdə olan krujevayla fransız maniküru gözəl görünür.

Dırnaqların dizaynı üçün klassik krujeva ilə yanaşı həm də müxtəlif şablon naxışlardan da istifadə olunur. Birinci variantda parçadan krujevalı bir hissə kəsilir və o bir rəngdə olan sadə manikürun üzərinə yapışdırılır. Kley quruduqdan sonra, dırnağın üzərinə adi şəffaf lak çəkilir.

Həmçinin siz, geniş seçimdə olan xüsusi applikasiyalardan da istifadə edə bilərsiniz. Beləliklə, siz manikürunuzun dizaynına az vaxt sərf edəcəksiniz. Amma qeyd edək ki, belə dizaynın ömrü az olur.

Dırnaq dizaynı zamanı, krujeva effektini trafaretdən və ya adi rəngli lakdan istifadə etməklə yaratmaq olar. Bu variant daha çox vaxtınızı aparacaq və bu zaman səliqəli və diqqətli olmalısınız ki, gözəl nəticə əldə edə biləsiniz.Dırnaqlar
Krujevalı manikürun rəng çalarları müxtəlif ola bilər. Klassik variant – ağ və qara rəngdə olan krujevadır, amma rəngli laklardan və ya boyadan istifadə edib, ən inanılmaz çalarlara da nail ola bilərsiniz. Belə manikür edərkən nəzərə alın ki, manikürun rəngləri sizin geyiminizə uyğun olsun.dirnaq

Siz krujevalı maniküru rəngsiz də edə bilərsiniz. Bunun üçün dırnaqları seçilmiş çalarda lakla boyayın və lak tamamilə qurumamış, krujevalı parçanı dırnağın üstünə yapışdırın və səliqəli formada dırnağın üzərindən çıxardın.
Əgər siz belə bir maniküru xüsusi tədbir və ya bayram üçün edirsinizsə, bu zaman siz maniküra xırda qaşlar da əlavə edə bilərsiniz. Bu halda əsas odur ki, manikür istifadə olunan dekorativ detallarla və rəng çalarları ilə çox qabarıq görünməsin.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1254
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv