Ayaqlara qulluq üçün 5 ən yaxşı prosedur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 153
Səs ver:
(səs: 3)
Yay vaxtı hər kəs açıq ayaqqabılar, donlar, ətəklər və qısa şortlar geyindiyi zaman ayaqlara qulluq məsələsi xüsusilə kəskinləşir. Hər gün ayaqlarımız nəhəng yüklənmələrə məruz qalır ki, nəticədə yorulur, şişir və kobudlaşır. Razılaşın ki, hər kəsin daim salonlara getməsi üçün nə vaxtı, nə də ki imkanı olur. Sizə ev şəraitində ayaqlara qulluq haqqında danışacağıq.

Ayaq altı üçün vannalar.
Tərkibindən asılı olaraq belə vannalar müxtəlif cür təsir göstərə bilər: canlandırıcı, zəiflədici, sakitləşdirici və təmizləyici. Nanənin və lavandanın efir yağları ilə hazırlanmış vannalar uzun iş günündən sonra rahatlamağa kömək edəcək, narın qabığından hazırlanmış vannalar isə ağırlıq hissini və şişləri çəkəcək.
Parafin vannaların köməyi ilə dırnaqları bərkitmək və ayaqların dərisini nəmləndirmək olar. Vannanın hazırlanması üçün apteklərdən parafin əldə edib, onu su buxarında əridib kənarları hündür minalanmış qaba tökün. Parafinin tamamilə əriməsindən sonra, pəncələrinizi təxminən 5-7 saniyəlik vannaya salın. Sonra 10 saniyəlik ayaqlarınızı çıxarın ki, parafin bir az donsun və yenidən vannaya salın. Belə proseduru 7-8 dəfə təkrarlamaq lazımdır ki, pəncəniz kifayət qədər qalın parafin qatı ilə örtülsün. Bundan sonra ayağınıza polietilen paket, üstündən isə yun corab geyinin. 20 dəqiqədən sonra parafinin qalıqlarını silmək və qidalandırıcı krem çəkmək lazımdır.

Hamar dabanlar.

Ayaqlar üçün vannalardan sonra dabanlardakı kobudlaşmış dəridən qurtulmaq lazımdır. Ən sadə variant ayaq altını xüsusi skrab və ya daban daşı ilə emal etməkdir. Skrablar qəhvə və ya duzdan ev şəraitində də asan hazırla bilər. Skrabın çəkilməsindən sonra ayaq altını yüngül masaj etmək, sonra isə ayaqları sərin suda yumaq lazımdır. Prosedurdan sonra ayaqlarınıza nəmləndirici və ya qidalandırıcı krem çəkin.

Pedikür.

Ayaq dırnaqlarını yalnız düz xətlə kəsmək lazımdır. Xüsusilə baş barmaqlara diqqət edin, çünki gərəksiz yuvarlaqlaşdırılmış dırnaq əksər hallarda ətə girir. Dırnaqların kənarlarına kvadrat formasını vermək üçün onları pilkalamaq lazımdır.
Dırnaqlara dırnaq boyası vurmamışdan əvvəl, onlara xüsusi müalicəvi örtük də çəkə bilərsiniz ki, dırnaqlarınızı bərkitsin.

Epilyasiya.

Arzuolunmaz tüklərdən qurtulmağın bir çox üsulu var, amma ev şəraitində ən effektiv və rahat üsul elektroepilyatorlardan istifadə hesab edilir. Epilyatorun ilk istifadəsi ağrılı keçsə də, o uzun müddət arzuolunmaz tüklərdən qurtulmağa imkan yaradır.

Ayaqlar üçün masaj.

Ayaq və pəncələrin masajı heç nə ilə müqayisə olunmayan bir həzzdir ki, həm ayaqların yorğunluğunu götürür, həm də rahatlamağa kömək edir. Belə masaj onurğa ağrısını çəkməyə kömək edir, ayaqlarımızın altında yerləşən xüsusi nöqtələrə təsir isə ümumi əhvalın yaxşılaşmasına səbəb olur.
Ev şəraitində pəncələrin masajı üçün: kiçik taxta qutuya noxud, paxla və ya hamar daşlar tökün, sonra ayaq üstə onların üzərində durub təxminən 10 dəqiqə ərzində addımlamağa başlayın.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 153
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri