Dırnaqlarımız sağlamlığımız haqqında nələr danışacaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 279
Səs ver:
(səs: 1)
Demək olar ki, bütün qadınlar öz dırnaqlarına diqqətlə qulluq edirlər, lakin onların əksəriyyəti dırnağın rənginə və ya hər hansı bir əhəmiyyətsiz ləkələrin yaranmasına diqqət yetirmir. Hətta əgər qadın müəyyən dəyişikliklər görərsə, o heç vaxt onları öz sağlamlığının vəziyyəti ilə əlaqələndirməyəcək. Amma nahaq, çünki bizim sağlamlığımızın qüsursuz və səhvsiz göstəricisi məhz dırnaqlardır. Dırnaqlara görə öz orqanizmində olan nasazlıqları necə öyrənmək olar? Biz sizə bu haqda bəzi məmulatlar verəcəyik.

Heç bir xəstəlikdən əziyyət çəkməyən insanın dırnaqları çəhrayı rəngdə olur. Əgər dırnaqlar çox saralır və ya çox ağ olursa, bu onların qismən dağılmasına gətirib çıxarır. Ola bilsin ki, bu zaman göbələkşəkilli infeksiya yaranıb. Bundan başqa, sarımtıl çalar qaraciyər xəstəliyinin göstəricisi ola bilər. Azca göyümtül çalar ürək xəstəlikləri vaxtı olur. Dırnaqlara görə hətta insanın hepatit xəstəsi olub olmadığını müəyyən etmək olar. Belə ki, incə və parlaq dırnaqlar bu ciddi xəstəliyin mövcudluğu haqqında bildirir.

Süst dırnaqlar
Əgər dırnaqlarınız cansızdırsa, onda bu hemoqlobinin aşağı olmasını və ya qan azlığını bildirə bilər. Süst dırnaqlar həmçinin qaraciyərin işinin pozulması əlaməti ola və şəkərli diabet xəstəliyinin mövcudluğu haqqında xəbər verə bilər.

Dırnaqların formasının dəyişməsi
Əgər dəyişikliklər şəhadət barmaqda yaranıbsa, bu beyin xəstəliklərinə şahidlik edə bilər. Cinsiyyət orqanları xəstəliklərinin mövcudluğunu çeçələ barmağın dırnağının dəyişikliyi ilə müəyyən etmək olar. Orta barmağın dırnağında yaranan dəyişikliklər mədə-bağırsaq xəstəliyinin mövcudluğundan xəbər verir.

Dırnaqlarda qurumuş qan
Hər şeydən əvvəl, bu barmağın travması ola bilər. Əgər siz travma almamısınızsa, amma dırnağınızda yenə də qırmızı rəngli kiçik xətlər varsa, bu ürək xəstəliklərinin mövcudluğunu göstərir. Əgər siz dırnaqlarınıza görə öz sağlamlığınızın vəziyyətini düzgün bilməyi öyrənəcəksinizsə, bu zaman onlar sizə bir çox faydalı və lazımlı məlumat çatdıra biləcək.

Dırnaq çuxurlarının xüsusiyyətləri
Ürək xəstəlikləri vaxtı çeçələ barmaqdan çuxurlar yox olur. Əgər adsız barmaqda çuxur varsa, bu zaman ehtimal ki, insan maddələr mübadiləsinin pozulmasından, limfatik sisteminin problemlərindən əziyyət çəkir. Əgər orta barmaqda çuxur yoxdursa, deməli kapilyarlar və damarlarda bəzi problemlər var. Böyük barmaqda mütləq çuxur olmalıdır. Mütəxəssislərin fikrincə, onun yoxluğu insanın psixikasının ciddi pozulmasından xəbər verəcək.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 279
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri