Qadınların işini asanlaşdıran sprey dırnaq boyası

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 3 845
Səs ver:
(səs: 3)
Səliqəli, manikürlü dırnaqlar hər xanımı səliqəli və gözəl göstərir. Lakin çox vaxt dırnaq boyası çəkmək əsl işgəncəyə çevrilir. Belə ki, onu səliqəli çəkmək bir, azı  5 dəqiqə hərəkətsiz qalaraq qurumağını gözləmək ayrı dərdə çevrilir.
 
Ancaq texnika inkişaf etdikcə, qadınların işi də asanlaşır. Belə ki, "Nails Inc.” adlı firma sprey dırnaq boyası istehsal edib. Şirkət həmin məhsulunun qadınların həyatını dəyişəcəyini, onlara gündə ən azı 15-20 dəqiqə vaxt qazandıracağını iddia edir.
 
Təqdim edilən "Paint Can” adlı məhsulla tanışlıqdan sonra onlara haqq verəcəksiniz. Bunun üçün sadəcə, "Paint Can”i dırnaqlara tərəf sıxmaq lazımdır. Təbii ki, bu zaman əlinizin dərisi də boyanacaq, ancaq narahat olmağa dəyməz. Çünki iyirmi saniyə sonra əllərinizi yuduqda, dərinizdəki  boyadan heç bir əsər-əlamət qalmayacaq.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri