Dırnaq boyasının ixtirasından 100 il ötür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 505
Səs ver:
(səs: 4)
Zərif əllərin bəzəyi olan dırnaq boyasının istifadəsindən nə az nə çox düz 100 il ötür.

1916-cı ildə amerikalı kimyaçı və sahibkar Nortem Uorren tərəfindən hazırlanan dırnaq boyası bu gün hər bir qadının gözəllik atributlarından biri olaraq qalır.
İnanmaq bir qədər çətin olsa da dırnaq boyaları ilə avtomobillərin oxşar cəhətləri var. Belə ki, dırnaqlar üçün boya maşın boyaları əsasında hazırlanıb. Amerikalı kimyaçı alim Nortem Uorren avtomobil boyasını yeni tərzdə işlətməyi qərar alıb və onu mükəmməlləşdirərək, dırnaq boyasına çevirib.
Nyu - Yorkda manikür salonları ötən əsrin əvvəllərindən mövcud olsa da, bu salonlarda dırnaqlar yalnız tutulur və xüsusi alətlərlə hamarlaşdırılırdı. Bu səbəbdən 1916-cı ildə Uorrenin hazırladığı dırnaq boyası əsl inqilab oldu. İlk dırnaq boyası zərif çəhrayı rəngdə olub. Və bir neçə il boyanın tərkibində heç bir dəyişiklik edilməyib. 100 il keçməsinə baxmayaraq, dırnaq boyaları indi də qadın gözəlliyinin əsas atributlarından biri olaraq qalır. Müasir dövrdə manikür hətta incəsənət növünə çevrilir. Dırnaqların üzərində əsl miniatürlər, peyzajlar, portretlər cızılır. Yüz il əvvəl yalnız 3 rəngdə dırnaq boyası mövcud idisə, hazırda rənglərin sayı 300-ü keçib. Onu da əlavə edək ki, hazirda dünyanın ən bahalı dırnaq boyasının dəyəri 250 min dollardı. Onun tərkibində qara brilyantın olduğu bildirilir.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri