Gün
ərzində bədənin bütün yükünü ayaqlar daşıyır. Ona görə də yay-qış fərqi
qoymadan ayaqlara həmişə qulluq etmək lazımdır. Xüsusən də çatlar
varsa, sadəcə, krem çəkməklə kifayətlənməyin, tez-tez vanna qəbul edin,
maska qoyun.
Tərkibi:
- 3 çay qaşığı dəniz duzu
- 1 çay qaşığı badam yağı
- 1 çay qaşığı zeytun yağı
- 8 ədəd çiyələk
Hazırlanması:
Çiyələyi
kasanın içində əzin və üzərinə zeytun və badam yağı, dəniz duzu əlavə
edib qarışdırın. Həmin qarışıqla ayaqlarınızı ovun. 10 dəqiqə gözləyib
ilıq su ilə təmizləyin. Bu maskanı həftədə bir dəfə çəksəniz, ayaq
çatlarından xilas olacaqsınız.