Göbələkdən azad olmaq üçün təbii üsul

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 257
Səs ver:
(səs: 2)
Prof. Dr. İbrahim Saraçoğlunun göbələk müalicəsi üçün tövsiyə etdiyi qarışıq sayəsində göbələk əmələ gətirən viruslara qarşı bədəniniz özünü müdafiyə edə biləcək. Təbii vasitələrdən istifadə edərək hazırlanan bu qarışığı davamlı olaraq istifadə etsəniz müsbət nəticələr əldə edəcəksiniz. Göbələk uzun müddətli qapalı və dar ayaqqabı geyinəndə, ayaqlar yaş olduqdan sonra qurulanmayanda və həddən artıq tərləyən zaman əmələ gəlir. Göbələk xəstəliyinin müalicəsi qədər ona yoluxmamaq və ondan qorunmaq da çox vacibdir.

Hazırlanması:
- 2 stəkan su
- Kalendula bitkisi
1 dəstə Kalendula bitkisini 2 stəkan suyun içinə ataraq 10 dəqiqə qaynadın. Qaynadıqdan sora suyun ilıqlaşmasını gözləyin, sonra suyu süzərək ayaqlarınızı bu su ilə yuyun. Əgər istəyirsinizsə, daha çox edib ayağınızı bu suda 15 dəqiqə saxlaya bilərsiniz. Ancaq yuyan zaman ayaq aralarınızı da mütləq o su ilə yuyun. Həftədə 1 və ya 2 dəfə bu prosesi edərək göbələkdən qurtula bilərsiniz.
Ayaqda göbələk xəstəliyinin yaranmaması üçün tövsiyələr:
- Ayaqlarınızı yuduqdan sonra mütləq qurulayın;
- Ayaqqabı seçərkən mütləq sıxmamasına fikir verin və hava keçirən olmasına diqqət yetirin;
- Sintetik corablar yerinə pambıq çorablar geyinin;
- Ayaqlarınız gün ərzində uzun müddət ayaqqabıda qalırsa, günün sonunda ayaqlarınızı duzlu su vannası edin;
- Hər gün corablarınızı dəyişin;
- Dırnaqlarınızın baxımını axsatmayın;
- Ayaqlarınızda qaşıntı varsa, göbələk olub-olmadığını bilmədən göbələk üçün mazlardan istifadə etməyin
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri